Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:44

Erdoğan BMT çıxışında Qarabağdan danışıb


Recep Tayyip Erdoğan (Foto arxivdəndir)
Recep Tayyip Erdoğan (Foto arxivdəndir)

BMT-nin baş katibi Antonio Guterres sentyabrın 22-də təşkilatın 75-ci Baş Assambleyasının açılış nitqində dünya liderlərini çoxtərəfli münasibətlərə və “qarşıdan gələn çətinlikləri” önləmək məqsədilə birliyə çağırıb.

Buna baxmayaraq, Birləşmiş Ştatlar, Çin, Rusiya, Türkiyə və İran liderləri çıxışlarında başqa ölkələrin tənqidinə daha çox yer ayırıblar.

Guterres deyib ki, 1 milyona yaxın insanın həyatına son qoymuş koronavirus pandemiyasının gətirdiyi “epoxal” böhran dünyanı “diz üstə gətirib”.

O habelə Çin və Birləşmiş Ştatlar arasında “yeni Soyuq Müharibədən” çəkinməyə çağırıb:

"Dünyada bütün qaynar münaqişələrə son qoyulması üçün qlobal atəşkəsə ehtiyac var. Eyni zamanda biz yeni Soyuq Müharibəyə yol verilməməsi üçün əlimizdən gələni etməliyik. Dünya yol verə bilməz ki, iki nəhəng iqtisadiyyat öz ticarət və maliyyə qaydaları, internet və süni zəka qabiliyyətləri ilə planeti böyük parçalanmaya məruz qoysun”.

Putin sanksiyalardan şikayət edib

Sentyabrın 22-də Rusiya prezidenti Vladimir Putin dünyanın koronavirusla mübarizəsinin koordinasiya edilməsi naminə DST-nin gücləndirilməsinə çağırıb.

Putin habelə onun ölkəsi üzərinə Qərb tərəfindən “aramsız olaraq” qoyulan sanksiyalardan narazılığını ifadə edib.

Qərb Rusiya üzərinə sanksiyaların qoyulmasına, Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq etdikdən sonra başlayıb.

Putin sanksiyaların pandemiya ilə mübarizəyə və iqtisadiyyatın təkrar canlandırılmasına mane olduğunu vurğulayıb.

Erdoğan:" BMT-nin hərəkət vaxtıdır..."

Türkiyə prezidenti Recep Tayyip Erdoğan BMT-nin əsasən videobağlantı ilə keçirilən bu forumunda regionda davam edən iki münaqişənin həlli üçün diplomatiya və dialoqa çağırıb.

O 2015-ci il nüvə sazişinə tərəf olan bütün ölkələrin bu sənəd üzrə öhdəliklərinə əməl etməli olduqlarını deyib.

Erdoğan deyib ki, “Ermənistan Cənubi Qafqazda sülh və stabilliyə ən böyük əngəldir”.

Türkiyə prezidenti bildirib ki, onun müttəfiqi Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağa görə davam edən münaqişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir.

Erdoğan eyni zamanda “bir sıra Avropa ölkələrini” Suriya qaçqınlarının hüquqlarına etinasızlıqda ittiham edib.

O deyib ki, BMT-nin “Cenevrə Konvensiyasını aşındıran bu pozuntulara qarşı qətiyyətlə çıxmasının vaxtıdır”.

Rohani “İran xalqının mətanətindən” danışıb

İran prezidenti Həsən Rohani BMT-nin illik forumuna müraciətində deyib ki, onun ölkəsi Vaşinqtonun onu “ABŞ seçkisində alver predmetinə çevirmək cəhdlərini” rədd edib.

O bildirib ki, Birləşmiş Ştatlar İranla “nə hərb, nə də danışıqlar” siyasəti yürüdür.

Rohani bildirib ki, noyabr seçkisindən sonra hakimiyyətə gələcək istənilən ABŞ administrasiyasının “İran xalqının mətanəti qarşısında təslim olmaqdan başqa seçimi qalmayacaq”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG