Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:47

Erdoğan yenə də Avropanı qaçqınlarla dolduracağı ilə hədələyir


Türkiyə prezidenti Recep Tayyip Erdoğan Avropa İttifaqı, onlar üçün əlavə yardım verməzsə "Avropanın qapılarını" Suriya qaçqınları üçün açacağı ilə bir daha hədələyib.

Noyabrın 7-də Budapeştdə Macarıstanın baş naziri Viktor Orbanla yanaşı çıxış edən Erdoğan deyib ki, Türkiyə qaçqınların evlərlə təminatı yükünü təkbaşına çəkə bilməz.

BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının məlumatına görə Türkiyə hazırda dünyada ən çox qaçqına sığınacaq vermiş ölkədir.

Türkiyənin oktaybr ayında Suriyanın şimal-şərqinə hərbi müdaxiləsinin məqsədlərindən biri də burada yaradılacaq bufer zonasında 2 milyonadək Suriya qaçqınını yerləşdirmək idi.

Bu plan insan haqları qrupları və Avropa ölkələri tərəfindən bəyənilmir və Türkiyənin NATO müttəfiqlərinin əsasən mənfi reaksiyası ilə qarşılanıb.

2016-cı ildə Avropa İttifaqı ilə imzaladığı razılaşmaya görə Türkiyə Avropa İttifaqına Türkiyədən gəlmiş istənilən sənədsiz qaçqını qəbul etmək öhdəliyi götürüb.

Bunun əvəzində Türkiyə Aİ-dən dərhal 3, 3 milyard dollar təzminat alıb və 2018-ci ilin sonlarında Ankaraya elə bu məbləğdə pul ödənib.

Erdoğanın təxminlərinə görə Türkiyə 7 milyard dollar “qaçqın pulu” alıb.

Türkiyə prezidenti bu rəqəm barədə ötən sentyabrda Türkiyədə keçirilən Suriya sammitdə də danışıb. İran və Rusiyanın da iştirak etdiyi bu tədbirdə o Avropa İttifaqını qaçqınları Avropaya göndərəcəyi ilə hədələmişdi.

Erdoğanın dediyinə görə Ankara Türkiyə ərazisindəki qaçqınlara 40 milyard dollar xərcləyib:

"Yardım alıb-almayacağımızdan asılı olmayaraq biz qonaqlarımızı saxlamaqda davam edəcəyik. Amma bunu edə bilməsək qapıları açacağıq”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG