Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:10

Ekspert: 'Nəzarətçi qurumların sayını artırmaqla problem aradan qalxan deyil'


N.Cəfərli
N.Cəfərli

«Əslində, bu fərmanın son zamanlar elektrik enerjisi sahəsindəki problemlərdən qaynaqlandığı açıq-aydın görünür». REAL Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bunu dövlət başçısı İlham Əliyevin son fərmanını şərh edərkən deyir. Fərmanla elektrik və istilik enerjisi, qaz təchizatı sahəsində nəzarəti həyata keçirmək səlahiyyəti Energetika Nazirliyi tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinə verilib.

Amma ekspert hesab edir ki, təkcə nəzarət funksiyası daşıyan qurumların sayını artırmaqla bu problem aradan qalxan deyil: «Bu problemin təkcə hansısa qurum yaradılması ilə aradan qalxması mümkün deyil. Ona qalsa, bir-birinə nəzarət edən orqanlar kifayət qədər var, amma problemlər davam edə-edə gəlir».

N.Cəfərli hesab edir ki, burada kompleks tədbirlər həyata keçirilməlidir. O, misal olaraq sözügedən sahələrin özəlləşdirilməsini, idarəetmədə dəyişiklikləri təklif edir.

Ekspert təəssüflə bildirir ki, bu neçə illərin səhvi indi də təkrar edilir, hökumət isə bu səhv siyasətindən əl çəkmək istəmir.

Hökumət nə etsin ki, işıqlar sönməsin?
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

Xatırlatma

Bu il iyulun 3-də Mingəçevir İES-də qəza baş verib. Ölkənin əksər hissəsi uzun müddət elektriksiz qalıb. Növbəti günlərdə də elektrikin verilməsində bir neçə saatlıq fasilələr olub.

Hadisənin araşdırılması üçün xüsusi dövlət komissiyası yaradılıb.

Prezident İ.Əliyev bildirib ki, son illər istifadəyə verilmiş stansiyalar tam gücü ilə işləmir və bunun səbəbi araşdırılmalıdır. O, enerji sistemində struktur islahatları ilə bağlı işlər aparılacağını da vurğulayıb: «Artıq göstəriş verilib, həm Bakıda, həm bölgələrdə bu il və gələn il yeni yarımstansiyaların tikintisi təmin ediləcək. Vaxtilə, sovet dönəmində tikilmiş enerji təsərrüfatının müasirləşdirilməsi üçün əlavə vəsait ayrılır. Biz vəsaiti ayırırıq, amma əsas məsələ ondadır ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin və elə bir sistem qurulsun ki, enerji dayanıqlılığı təmin olunsun».

Mütəxəssislər qəzanın səhlənkarlıq və korrupsiya ucbatından baş verdiyini deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG