Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:27

Enerji və qaz təchizatına nəzarət proseduru dəyişdi


Elektrik xətləri

Energetika Nazirliyi tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarət həyata keçirmək səlahiyyəti verilib.

Prezident İlham Əliyev bununla bağlı iyulun 16-da «Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası» adlı sənəd imzalayıb.

EMTA qazın istehsalı, emalı, saxlanması, nəqli, paylanması, satılması, mayeləşdirilməsi, həmçinin, qaz qurğularının quraşdırılması, boru kəmərlərinin tikintisi, istifadəsi, sınağı və sertifikatlaşdırılması fəaliyyətini həyata keçirənlərə və istehlakçılara nəzarət edəcək.

Nəzarətin məqsədi istehlakçılara xidmətlərin keyfiyyətinin və əlçatanlığının daha da artırılması, etibarlı, fasiləsiz, keyfiyyətli və təhlükəsiz elektrik və istilik enerjisi ilə təmin olunmasıdır.

Qurum elektrik və istilik enerjisi təchizatı şəbəkələrində, enerji verilməsində, qurğularda, avadanlıqlarda baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlığın sıradan çıxması hallarının qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin icrasını da araşdıracaq.

Xatırlatma

Mütəxəssislər bu fərmanın iyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzayla əlaqələndirirlər.

Həmin qəza nəticəsində paytaxt Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərə və 40-a yaxın rayona, strateji obyektlərə uzun müddət elektrik verilmədi.

Bu qəzanın səbəblərini araşdırmaq üçün Dövlət Komissiyası yaradıldı. Məlum oldu ki, ölkədə 30 elektrik stansiyası olduğu halda elektrik enerjisinin 46%-i yalnız Mingəçevir İES vasitəsilə ötürülür, istifadə edilən avadanlıqların əksəriyyətinin istismar müddəti çoxdan başa çatıb.

Multimedia

XS
SM
MD
LG