Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:10

Şahzadə Endryunun bütün titulları alındı


Şahzadə Endryu (solda) və onu ittiham edən Virciniya Cufre
Şahzadə Endryu (solda) və onu ittiham edən Virciniya Cufre

Britaniya şahzadəsi Endryunun bütün hərbi titulları və fəxri vəzifələri ləğv olunub.

Bu barədə bəyanatı yanvarın 13-də Bukingem sarayı verib.

Buna səbəb Endryunun vəkillərinin ABŞ-da ona qarşı cinsi təcavüz ittihamı ilə açılmış işi uduzmaları olub.

Sarayın verdiyi bəyanatda deyilir ki, “Kraliçanın xeyir-duası və razılığı ilə York hersoqunun bütün hərbi titulları və fəxri hamilikləri kraliçaya qaytarılıb”.

Bu da qeyd olunur ki, York hersoqu heç bir ictimai vəzifə ilə məşğul olmayacaq və ona qarşı açılmış cinayət işində fərdi vətəndaş kimi müdafiə olunacaq.

Saraydan verilən məlumata görə Endryu “əlahəzrət” müraciət formasından da məhrum edilib.

Bəyanatda deyilir ki, onun bütün başqa vəzifələri monarx ailəsinin içərisində bölüşdürüləcək.

Qalmaqallar və iddialar

19 fevral 1960-cı il təvəllüdlü Endryu Albert Kristian Edvard kraliça II Elizabetin ortancıl oğludur.

O Kral Hərbi Donanmasında helikopter pilotu və gəmi kapitanı kimi xidmət edib.

Folklend müharibəsinin iştirakçısıdır.

Şahzadələr Beatris və Yevgeniyanın atasıdır. Onun 1992-ci ildə evlənib 1996-cı ildə boşanması monarx ailəsində qalmaqala səbəb olmuş və media tərəfindən geniş işıqlandırılmışdı.

O 2011-ci ilədək 10 il müddətində Britaniyanın xarici ticarət üzrə xüsusi nümayəndəsi idi.

Endryu Virciniya Cufre adlı qadın tərəfindən cinsi təcavüzdə ittiham olunur. Qadın iddia edir ki, şahzadə ilə cinsi əlaqədə olarkən azyaşlı olub.

ABŞ hökuməti Britaniyadan Endryunun bu iş üzrə dindirilməsini rica etmişdi.

Britaniya mətbuatı 2010-cu illərdə şahzadə Endryunu insan haqları pozuntularında ittiham olunan Azərbaycan prezidenti İlham Əliyevlə dostluq münasibətlərinə, habelə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayevlə iddia olunan korrupsiya əlaqələrinə görə tənqid etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG