Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 15:39

Pambıq yığmaqdan imtina edəni döydülər


Özbəkistanda pambıq tarlasında
Özbəkistanda pambıq tarlasında

Əndicanlı sürücülər AzadlıqRadiosu-nun özbək xidmətinə bildiriblər ki, milis əməkdaşları onları yolda saxlayaraq pambıq yığmağa, yaxud da pambıqçıları daşımağa məcbur edir.

Amma Əndican vilayətinin yol hərəkəti təhlükəsizliyi İdarəsinin əməkdaşı radioya deyib ki, milis əməkdaşları "Damas" avtomobillərinin sürücülərindən pambıqçıları tarlalara daşımağı xahiş edə bilərdi. Ancaq o, milisin sürücüləri pambıq yığmağa məcbur etməsi faktını danıb.

“YA 5 KİLO PAMBIQ YIĞ, YA DA PUL VER”

Əndicanın İzbaskan rayonundan bir sürücü deyir:

"Onlar sürücülərdən maşının texniki pasportunu alırlar və onları pambıq yığmağa məcbur edirlər. Milis əməkdaşları bizə deyirlər: "5 kilo pambıq yığacaqsan, ya da yığım üçün pul verəcəksən. Ondan sonra hara istəsən, gedə bilərsən". Sən demə, bu da yol hərəkəti qaydalarını pozmağa görə bir növ cərimə imiş".

Buna da bax:​ Həkimlər pul verib, pambıq yığımından yayınıblar

Əndicandan başqa bir sürücü radionun reportyoruna söyləyib ki, yerli sakinləri miniavtobusları ilə daşıyan sürücülərdən pambıq yığanları evlərinə pulsuz aparmaları tələb edilir.

"Mən özüm belə halın şahidi olmuşam. Onlar bütün böyük maşınları saxlayırlar. Məsələn, "Damas" avtomobilini saxlayırlar. DYP əməkdaşı sürücüdən texniki pasportu alıb ona deyir: "Bu pambıqçıları apar". Sürücü imtina edəndə onda bir qüsur tapıb maşını cərimə meydançasına aparırlar. Onlar maşını sürücüdən almağa mütləq bir səbəb tapırlar. Ona görə də, bütün bunlardan çəkinən sürücülər bir pulsuz reysə razı olurlar", həmin sürücü danışır.

Özbəkistan hökuməti "vətəndaşların pambıq yığımında iştirakının könüllü olduğunu" bəyan edir.

DÖYÜLƏNLƏR DƏ VAR

Ancaq pambıq yığımı prosesini müşahidə edən özbəkistanlı fəallar bildirirlər ki, bu il də öncəki illərdəki kimi büdcə təşkilatlarının əməkdaşları və kollec tələbələri pambıq tarlalarına aparılıb.

Buna da bax:​ "Pambıq yığmaq müsəlmanın borcudur"

Cizak vilayəti Dustlik rayonunun Saratepa kəndinin sakini Farhod Mamayev pambıq yığmaqdan imtina etdiyinə görə iki polis əməkdaşı tərəfindən döyülərək təhqir olunduğunu bildirib.

Bir fermer təsərrüfatında adi fəhlə işləyən 32 yaşlı Farhod Mamayev öz həyətyanı sahəsində döyülüb.

"O, qollarımı burub palçıqlı yerdə bir 100 metr sürüdü. Ona dedim: "Burax, mən özüm sənin məhəllə sədrinin yanına gedərəm". Bu zaman sahə müvəkkili ...mənə yaxınlaşıb anamı söydü. O mənim o biri qolumdan tutdu və ikisi də məni döyməyə başladılar. Arvadım qorxdu ki, məni öldürə bilərlər. Qışqırmağa, kömək çağırmağa başladı", Farhod Mamayev danışır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG