Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Vergidən yayınmanın qanuni yolu var


Çox güman, bu məsələ çox adamı, həm də artıq uzun illərdir narahat edir. Məhz vergi ödənişlərindən yayınmaq istəyi iş adamlarının və irili-xırdalı şirkət rəhbərlərinin ən böyük arzusuna çevrildiyindən, ölkədə qanunsuz işləyənlərin sayı qanuni əsaslarla çalışanlardan çoxdur. Bu məsələni diqqətlə araşdıranda, qanuni şərtlərin yetərincə sərt olduğu görünür. Elə bu üzdən işə götürənlərin həmin istəyi anlayışla qarşılanır. Bir çox hallarda isə qanunun tələblərindən işçilərin heç xəbəri də olmur.

Aydınlıq üçün bir misala üz tutmaq yetər.

İşçiyə min manat maaş yazılırsa...

Hər hansı işçiyə 1000 (min) AZN əmək haqqı yazılırsa, işçi bu məbləğin 14 faizini gəlir vergisinə ayırır, 3 faizini sosial fonda, 0.5 faizini işsizlikdən sığortaya ödəyir. Bəzi qurumlarda həmkarlar ittifaqına da ayırmalar ödənilir. Bunlar nəzərə alınanda, əməkhaqqından vergi və digər ödəmələrə 17.5 faiz çıxılır. Ancaq işəgötürən 1000 (min) AZN əməkhaqqı vermək üçün bu məbləğin 22 faizini sosial fonda ödəməlidir. Bu isə hər 1000 (min) AZN maaş üçün 1220 AZN vəsait deməkdir. Elə həmin səbəbdən əmək haqları kiçik templərlə artır və ya heç artmır.

Bütün bunlara baxmayaraq...

Sadalanan ödəmələrdən azad olmağın tam qanuni bir yolu var. Bu da həyat sığortası şirkətlərinin təqdim etdiyi “Həyatın yığım sığortası” məhsuludur. Bu sığorta növü vasitəsi ilə işəgötürən məcburi sosial ayırmaları sosial fonda deyil, işçinin hesabına köçürə bilir. Bununla da əlavə xərc etmədən işçilərin məvacibini artırmış olur. İşçilər də, öz növbəsində, sığorta şirkətinə etdikləri ödənişlərdə vergidən və sosial fond odənişlərindən azad olur. Bu tip müqavilələr qrup halinda bağlanılır və əməkhaqqının, ən azı, 500 AZN olması tələb olunur. Sığorta müqaviləsinin müddəti minimum 3 ildir. Rəqəmləri aydın görməkdən ötrü daha bir misala göz atmağa dəyər.

Üç ilin tamamında gəlir?

Min AZN əməkhaqqı yazılan bir işçi hər ay bu məbləğin 500 AZN-ini sığorta şirkətinə köçürsə, 3 ilin tamamında 21 min 960 AZN əldə etmiş olacaq. Əgər işçi 500 AZN-i çıxarıb özü yığmaq istəsə, vergı və sosial fond odəmələri (17 faiz çıxılandan sonra əlində 415 AZN qalacaq. Bu məbləği 36 aya vuranda, 14 min940 AZN edəcək. Fərq 7 min 20 AZN-dir. Əlavə bir iş görmədən 3 ilin tamamında gəlir əldə edilir.

Bu üsulun çatışmazlığı da var

Əlbəttə, bu üsulun çatışmayan cəhətləri də var. Ən əsası, sığortaya yönəldilən məbləğ olmadan aylıq xərcləri qarşılamaq problemi doğur. Amma müəyyən hədəflərə çatmaq üçün bir vasitə kimi istifadə edilə bilər. Hər hansı bahalı əşya almaq üçün artıq banka gedib yüksək faizlə kredit almaq deyil, sadəcə, müddəti gözləmək yetəcək. Digər tərəfdən, müqavilə müddəti ərzində həyatınız sığortalanacaq. İşəgötürənsə sığorta vasitəsi ilə işçilərinin loyallığını artıra biləcək.

Emin Eminbəyli

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG