Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 06:15

Daha bir dindarın məzar ziyarətində həbs olunduğu bildirilir


Emin Əliyev

«Müsəlman Birliyi» Hərəkatının daha bir üzvü Emin Əliyev həbs olunub.

Bu haqda AzadlıqRadiosuna onun yaxınları məlumat verib. Onların sözlərinə görə, E.Əliyev noyabrın 26-da saat 13:00 radələrində Nardaranda saxlanılıb. Həmin gün o, 26 noyabr 2015-ci ildə polis əməliyyatı zamanı öldürülən dörd nəfər yerli sakinin məzarını ziyarət etməyə gedib.

«Emin Əliyevi məzarların yaxınlığında qurulmuş postda saxlayıblar. Oradan onu Sabunçu rayonu, 42-ci polis bölməsinə aparıblar», – dindar fəalın ailə üzvləri bildirib.

Daha sonra E.Əliyev haqqında inzibati xəta protokolu tərtib olunub. O, ictimai asayişi pozma və onu intizama dəvət edən polis əməkdaşlarına tabe olmamaqda günahlandırılaraq, noyabrın 27-də məhkəmə qarşısına çıxarılıb. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib. Onun hazırda Binəqədidə inzibati qaydada həbs olunanlar üçün nəzərdə tutulmuş təcridxanada saxlandığı bildirilir.

Bu deyilənlərlə bağlı rəsmi açıqlama almaq mümkün olmayıb.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və hərəkatın onlarla üzvü həbsdədir. Onların əksəriyyəti barəsində cinayət işi başlanıb, uzunmüddətli həbsə məhkum ediliblər. Bəzilərinə isə polisin tələbinə tabe olmamaq ittihamı ilə sutkalıq inzibati həbs cəzaları verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG