Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:43

Fəallar Emin Aslanın həbsini ‘adam oğurluğu’ kimi qiymətləndirirlər


Emin Aslan
Emin Aslan

İyunun 4-dən yaxınlarının barəsində məlumat ala bilmədiyi gənc hüquqşünas Emin Aslana Nərimanov rayon məhkəməsinin qərarı ilə 30 sutka həbs cəzası verilib. Bu haqda onun vəkili Elçin Sadıqov Facebook sosial şəbəkəsində məlumat yayıb.

Vəkil bildirir ki, Emin Aslan polis işçisinin qanuni tələblərinə tabe olmamaqda ittiham edilib.

Yaxınlarının verdiyi məlumata görə, hüquqşünas Birləşmiş Ştatlardan Azərbaycana gəldikdən bir neçə gün sonra – iyunun 4-də mülki geyimli şəxslər tərəfindən avtomobilə qoyularaq naməlum istiqamətdə aparılıb.

Buna qədər hüquqşünasın Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkatlıqla Mübarizə İdrarəsində saxlanması haqda məlumat yayılmışdı.

İnsan haqları fəalları Emin Aslanın bu şəkildə saxlanıb yaxınlarına məlumat verilməməsini adam oğurluğu kimi qiymətləndirirlər. Amma hələlik hüquq-mühafizə orqanlarından bu ittihamlara reaksiya vermirlər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AzadlıqRadiosunun sualını yarımçıq kəsərək telefonu söndürüb. Yalnız günün sonunda “Araşdırıb deyəcəyik” cavabıyla kifayətlənib.

“Dövlət terrorizmi”

“Turan” xəbər agentliyinin direktoru Mehman Əliyev deyir ki, vətəndaş həbs edilərkən dərhal yaxınlarına məlumat verilməli, vəkillə təmin edilməlidir. O qanunun bu tələblərinə əməl olunmamasını “dövlət terrorizmi” kimi dəyərləndirir.

“Bu gün həbs edilənlərin əksəriyyətini “banditizm”ə aparırlar. Çox pis ənənə yaranıb. Qanunsuz şəkildə orda saxlayır, işgəncə veririlər, belə məlumatlar gəlir. Əlbəttə, bu adam oğurğuğudur”.

Deputat: "Bu normal hal deyil"

Hakim Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə bu həbsdən xəbərsiz olduğunu, araşdırdıqdan sonra danışacağını bildirir.

AzadlıqRadiosunun “Hüquq-mühafizə orqanları saxlanılan şəxsin yaxınlarına niyə vaxtında məlumat verilmir” sualını Seydov belə cavablandırıb: “Nəzəri sualdır. Qoyun araşdıraq, cavab verərik”.

Milli Məclisin İnsan haqları komitəsinin üzvü Fazil Mustafa “vətəndaşın qanunsuz saxlanılması normal hal deyil” deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG