Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 22:29

Emin Aslana 30 sutka inzibati həbs verildiyi bildirilir


Dünən, iyunun 4-dən saxlandığı deyilən hüquqşunas Emin Aslana inzibati qaydada həbs cəzası verildiyi deyilir.

Bu haqda onun vəkili Elçin Sadıqov açıqlama yayıb.

Vəkilin bildirdiyinə görə, E. Aslan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə günahlandırılıb.

İnzibati protokola Nərimanov Rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baxıldığı və Emin Aslana 30 sutka inzibati həbs verildiyi vurğulanır.

Məhkəmə Elçin Sadıqovun iştirakı olmadan keçirilib:

“Vəkil orderimi təqdim etməyimə baxmayaraq, məhkəmə mənə məlumat vermədən işə baxıb”.

O Emil Aslanı dünən, iyunun 4-də hansı qurumun saxlaması barədə dəqiq rəsmi məlumat əldə edə bilmədiyini qeyd edib.

Vəkilin bu açıqlamasına, hələlik, Nərimanov Rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Emin Aslanı iyunun 4-də günortadan sonra «Park Bulvar» alış-veriş mərkəzində özlərini təqdim etməyən 3 nəfərin saxladığı bildirilirdi.

Yaxınlarının demələrinə görə, onlar hadisə ilə bağlı hələ iyunun 4-də Daxili İşlər Nazirliyinə (DİN) müraciət etmişdilər. Verilən məlumata görə, nazirliyin “102” xidmətindən ərazi üzrə polisə müraciət olunması tövsiyə olunmuşdu.

Üstəlik, Emin Aslanın vəkili onun saxlandığı ehtimal edilən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə də getmişdi. Ancaq dostlarının bildirməsinə görə, əvvəlcə hüquqşünasın bu idarədə saxlandığı təsdiq edilməmişdi. Sonradan isə onun elə həmin idarədə olduğu açıqlandı.

Hüquqşünas Emin Aslan son 6-7 il ərzində, əsasən, müxtəlif qeyri-hökumət təşkilatları (QHT) və beynəlxalq qurumlarla əməkdaşlıq edib.

2014-cü ildən sonra bir müddət Gürcüstanda yaşayıb və işləyib. İki ilə əvvəl isə o ABŞ-dakı Sirakuz Universitetinə daxil olub.

Emin Aslan 4 gün əvvəl Bakıya dönüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG