Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:25

ABŞ-dan Bakıya dönən hüquqşunasın saxlandığı bildirilir


Emin Aslan
Emin Aslan

Amerika Birləşmiş Ştatlarında (ABŞ) ali hüquq təhsilini başa vurub, yenicə Bakıya dönən hüquqşunas Emin Aslanın saxlandığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna onun yaxınları danışıblar.

Məlumata görə, Emin Aslanı iyunun 4-də günortadan sonra “Park Bulvar” alış-veriş mərkəzində özlərini təqdim etməyən 3 nəfər saxlayıb. Həmin şəxslərin Emin Aslanın onlarla bərabər polisə getməsini istədikləri deyilir.

Amma Emin Aslanın, hələlik, yerini müəyyən etmək mümkün olmayıb.

Yaxınları demələrinə görə, artıq olayla bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət ediblər. DİN-dən hüquqşunasın yaxınlarına əlavə məlumat verilmədiyi söylənir.

Verilən məlumata görə, nazirliyin “102” xidmətindən ərazi üzrə polisə müraciət olunması tövsiyə olunub.

Emin Aslana vəkil tutulduğu, vəkilin hüquqşunasın yerinin müəyyən edilməsi ilə bağlı çalışdığı bildirilir.

Bütün bu məlumatlara, hələlik, rəsmi qurumlardan aydınlıq gətirmək mümkün olmayıb.

Hüquqşunas Emin Aslan son 6-7 il ərzində əsasən, müxtəlif qeyri-hökumət təşkilatları (QHT) və beynəlxalq qurumlarla əməkdaşlıq edib.

2014-cü ildən sonra bir müddət Gürcüstanda yaşayıb, işləyib. İki ilə əvvəl isə ABŞ-dakı Sirakuz Universitetinə daxil olub.

Emin Aslan 3 gün əvvəl Bakıya dönüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG