Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 14:38

Əmanətlər azalır


Foto: arxiv

2016-cı il noyabrın 1-nə əhalinin bank əmanətləri 7 milyard 413,1 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB-dən) məlumat verilir.

Bu ilin oktyabr ayında əhalinin əmanətlərində artım müşahidə olunmuşdu. Noyabrda əhalinin bank əmanətləri əvvəlki ayla müqayisədə 400,8 milyon manat və ya 5,1 faiz azalıb.

Ümumiyyətlə, 2016-cı ilin yanvar-oktyabr aylarında əhalinin bank əmanətləri 21,8 faiz azalıb.

Buna manatın devalvasiyasından sonra maliyyə bazarlarında yaşanan problemlər səbəb olub: onlarla bank bağlanıb, qorunmayan əmanətlər kimi vətəndaşlara və hüquqi şəxslərə məxsus milyonlarla manat batıb.

Multimedia

XS
SM
MD
LG