Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:58

'Adım Əlvan olduğuna görə məni həbs ediblər'


Həbs
Həbs

Bakıda qəssablıqla məşğul olan Əlvan Zeynalov xeyli vaxtdır həbsdədir. O, narkotik satışında suçlanaraq cinayət məsuliyyətinə cəlb edilib. Özü isə deyir ki, təqsirsizdir, sadəcə, adı Əlvan olduğuna görə tutub həbsə göndəriblər.

"O Əlvan hər kimdirsə, mən deyiləm"

Cinayət işinin materiallarında iddia olunur ki, Zeynalov tanışı Mustafa Mustafayevə 2 min manatlıq narkotik satıb. Sözügedən Mustafayev də hazırda həbsdədir.

Zeynalov məhkəmədə ifadəsində bildirib ki, o, Mustafayevi kafe işlədən şəxs kimi tanıyıb. Ondan kafe üçün həftədə bir neçə dəfə ət alıb: "Sonradan bildim ki, bunu tutanda soruşublar ki, narkotiki haradan almısan? O da deyib ki, Cəlilabadda Əlvan adlı adamdan. Mənim də adım telefonda var, çünki kafe üçün mütəmadi ət alırdı, zəng edirdi. Adıma görə məni şərləyib həbs eləyiblər. O Əlvan hər kimdirsə, bilmirəm, mən deyiləm...".

Mustafayevlə Zeynalov istintaq dövründə üzləşdirilib. Üzləşdirmədə Mustafayev deyib ki, o, Əlvan deyəndə bu adamı nəzərdə tutmurdu.

Zeynalovdan narkotik yox, ət alırmış

Təqsirləndirilən qəssabın işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Artıq 9 il həbs cəzası almış Mustafayev məhkəməyə gətirilərək şahid kimi dindirilib. O, məhkəmədə də təsdiqləyib ki, Zeynalovdan narkotik yox, ət alırdı: "Mən kafe işlədirdim, Əlvan da qəssab idi. Həftədə iki-üç dəfə ət alırdım. Danışıqlarımız olurdu. Ona görə də telefonumdan nömrələr çıxmışdı".

Mustafayev deyir ki, saxlanılanda polis əməkdaşları ondan ad çəkməyi tələb edirdilər. O da məcbur olub ki, Cəlilabaddan Əlvan adlı şəxsin adını çəkib.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları yanvarın 24-də davam edəcək.

Əlvan Zeynalova qarşı CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG