Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 21:44

Robotlar bəşəriyyətə təhlükədirmi? Muskla Zuckerbergin mübahisəsi


Mark Zuckerberg (solda) and Elon Musk (sağda)

"İndiki formasında süni İntellekt bəşəriyyətə təhlükə deyil”.

Bunu Vaşinqton Universitetinin robot texnikası və kompüter sistemlərinin etik aspektlərini öyrənən professoru Ryan Calo (Rayan Kalo) deyib.

BBC-nin verdiyi xəbərə görə o bunu “Space X”, “Tesla” şirkətlərinin yaradıcısı, milyarder Elon Musk-ın (Mask) süni intellektin təhlükəsi haqda yazdığı tvitə cavab olaraq deyib.

Buna da bax:​ Robotlar ətrafında Zuckerberglə Muskın davası

Mask robotlara ehtiyatla yanaşan adam kimi tanınır. O daim “ağıllı maşınlar”ın təhlükəsindən danışır və belə getsə, bəşəriyyətin məhv ola biləcəyi haqda xəbərdarlıq edir.

Bu günlərdə isə Mask “Twitter” hesabında yeni status paylaşıb. Yeni tvitində o süni intellektin inkişafını Şimali Koreya ilə mümkün münaqişədən təhlükəli olduğunu yazıb.

Kalo öz məqaləsində yazır ki, bütün mövcud tədqiqatların nəticələrinə görə, hətta primitiv məməlilər səviyyəsində belə süni intellekt yaratmaq mümkünsüzdür. İnsan təfəkkürü səviyyəsindən isə heç danışmağa dəyməz.

Buna da bax: Mark Zuckerberg-in hamıya məsləhət gördüyü 23 kitab

Ekspert təəssüflə o fakta diqqət çəkir ki, robotların dünyanı fəth etməsi barədə Elon Mask, Stiven Hokinq və Nik Bostrom kimi robot texnikası sahəsində akademik təhsili olmayan adamlar danışır.

Ekspert onu da əlavə edir ki, əgər superintellekti yaratmaq mümkün olsa belə, qabaqcadan onu proqramlaşdırmasan, o dünyanı fəth etmək fikrinə düşməz. Kalo hesab edir ki, “robot apokalipsisi” ehtimalını öyrənmək həddən artıq çox vaxt və resurs aparır və bu qədər enerjini süni intellektin cəmiyyətə faydasına yönəltmək daha məqsədəuyğun olar.

Süni intellektə görə Maskla "Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukkerberq arasında da mübahisə yaranıb. ABŞ-ın Qubernatorlar Assosiasiyasının sammitində çıxış edərkən Mask süni intellektin bəşəriyyətə təhlükəsi haqda danışıb:

Buna da bax:​ Facebook saxta informasiyaları işarələyəcək

“Mən həyəcan təbilini çalmağa davam edirəm. Lakin belə görünür ki, insanlar küçələrdə gəzib qarşılarına çıxanları öldürən robotları gözləriylə görməyincə süni intellektə necə reaksiya verəcəklərini bilməyəcəklər”.

Maskın bu dedikləri Mark Zukkerberqi qıcıqlandırmışdı və o deyilənləri “kifayət qədər məsuliyyətsiz” fikir adlandırmışdı.

“Yaxın beş, on ildə süni intellekt həyatı daha da yaxşılaşdıracaq” - deyə o bildirmişdi.

İyul ayında "Facebook" rəhbərliyi süni intellekt sistemini söndürməyə məcbur olmuşdu. Onların yaratdıqları çat-botlar insanlarla ünsiyyətdə olmalı idilər, lakin müəyyən müddətdən sonra botlar bir birləri ilə yazışmağa başladılar. Onlar əvvəl ingilis dilində sonra isə özlərinin kəşf etdikləri dildə danışmağa başladılar və bundan sonra mühəndislər çat-botları deaktiv etdilər.

Buna da bax: Robot-həkimlər insanlara diaqnoz qoyacaq

Bu hadisə çat-botlarla bağlı yaşanan ilk anlaşılmazlıq deyil. Belə ki, Çinin internet provayder nəhəngi "Tencent" “ağıllı botlar”ı kommunizmə nifrət etdiklərinə görə pozmalı olub. Çinin internet istifadəçiləri görüblər ki, bir müddət sonra çət botlar hakim partiyanı korrupsiyada ittiham etməyə, demokratiya haqda isə müsbət fikirlər söyləməyə başlayıblar. Ən maraqlısı isə botların ABŞ-a köçmək arzuları olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG