Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 07:21

Yaxın gələcəkdə robot-həkimlər insanlara diaqnoz qoya bilər.

Bunu "Telegraph" qəzeti yazır,

Britaniyanın "Babylon Health" şirkəti Londonun bir neçə rayonunu əhatə edəcək pilot layihəyə başlayıb.

Bu şirkət hazırda öz abunəçilərinə özlərini pis hiss edəndə xüsusi app vasitəsilə can həkimlərindən on-line video və ya mətn şəklində məsləhət almaq imkanı yaradır.

İndi şirkət iddia edir ki, bu işin bir hissəsini robotlar da dəqiqliklə icra edə, hətta həkimlərdən daha dəqiq diaqnozlar qoya bilərlər, çünki onlar həkim məsləhətini həmin xəstəliyə aid milyonlarla halın analizinin nəticəsində verəcəklər.

Xəstə öz sağlamlığı haqda məlumatı göndərəcək, chatbot-da robot onunla dialoq aparacaq, daha ətraflı məlumat öyrənəcək, sonra isə deyəcək ki, narahatlığa əsas varmı? Əgər varsa, onda xəstə canlı həkimlə calaşdırılacaq.

"Babylon" ümid edir ki, pilot layihə uğurlu olacaq və onu bütün ölkədə tətbiq etmək mümkün olacaq.

Buna da bax: İrsi xəstəliklərin gendən çıxarılması yolu tapılır

İnsanlar sadəcə, öz smartfonlarından istifadə edəcək. Süni intellekt onlara deyəcək ki, təcili yardım çağırmalıdırlar, yoxsa yaxınlıqdakı aptekə baş çəkib hansısa dərmanı almalıdırlar.

Şirkətin rəhbəri, doktor Ali Parsa deyir ki, insanlar heç zaman dəqiq hava proqnozunu kompütersiz verə bilməzlər. Onun fikrincə, insana qoyulan diaqnoz da belədir.

O hesab edir ki, həkimlər süni intellektlə tandem şəklində işləməlidirlər. Belə olsa, onlar vaxtlarının çoxunu diaqnoz qoymağa yox, müalicə etməyə sərf edə bilərlər.

Ali Parsaya görə, tibb elmi o qədər inkişaf edib ki, insan beyni artıq bütün lazımi informasiyaları dərhal emal etmək gücündə deyil.

O deyir ki, süni inttellektlə bağlı apardıqları sınaqlar göstərir ki, robot-həkimlər canlı həkimlərdən daha sürətlə və daha dəqiq diaqnoz qoya bilirlər.

Amma bəzi ictimai təşkilatlar ümumilikdə on-line diaqnozla bağlı narahatlıqlarını bildirirlər.

Tibbi Xidmətin Keyfiyyəti Komissiyası "Asset Chemist" və "Treated.com" adlanan iki veb-şirkətin fəaliyyətini analiz edəndən sonra istehlakçılara xəbərdarlıq edib ki, həmin şirkətlər insanların kimliyini, xəstəlik tarixçəsini bilmədən, yaxud kənar effektləri nəzərə almadan dərmanlar yazırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG