Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:03

Elmar Vəliyevə sui-qəsdlə bağlı 12 nəfər saxlanıb


Elmar Vəliyev
Elmar Vəliyev

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə əlaqədar 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, icra başçısına qarşı terror aktı törətmiş Yunis Səfərovla yanaşı daha 11 nəfər saxlanıb.

Həmin şəxslərin Firudin Zeynalov, Cəfər Zalov, Mahir Əzizov, Muraz Əliyev, Hamlet Abdullayev, Fikrət Ələkbərov, Rauf Həsənov, Ramil Paşayev, Seyhun Salahov, Rasim Mustafayev və Elmir Zahidov olduğu bildirilir.

Ötən həftə Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd olub. Onun yaralı olduğu bildirilir. Bu hadisə zamanı bir polis əməkdaşı da yaralanıb.

Sui-qəsdi Rusiya vətəndaşı olan, Suriyada təlim keçdiyi bildirilən Yunis Səfərovun törətdiyi deyilir. Rəsmi məlumata görə, o terror aktı hazırlayırmış və məqsəd ölkədə xaos yaratmaq olub.

Xatırlatma

Yunis Səfərov özü yerli telekanallara açıqlamasında sui-qəsdi törətdiyini etiraf edib. Ancaq terror aktı hazırlaması barədə heç nə deməyib.

Onun həbsindən sonra xəsarət aldığı görünən, yerə yıxılmış halda fotosu yayılıb. Səfərovun işgəncəyə məruz qaldığı deyilirdi. Amma açıqlamasında üzündəki xəsarəti polisə müqavimət göstərdiyi zaman aldığını bildirib.

Bununla belə, Yunis Səfərovun bu açqılamanı basqı və işgəncə altında verdiyini düşünənlər də var.

İcra baçsısına sui-qəsddən sonra Gəncədə etiraz aksiyalarının keçirilməsi ilə bağlı çağırışlar edilir. Bu bölgədən olan deputatlar, rəsmilər, ayrı-ayrı şəxslər əhalini bu aksiyalara çıxmamağa çağırıblar.

Bəzi ekspertlər hakimiyyətin etiraz aksiyalarından narahat olduğu üçün kütləvi həbslər apardığını deyirlər.

XS
SM
MD
LG