Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:32

Nazir həmsədrlərlə görüşüb 


Elmar Məmmədyarov, Avropa Şurası Parlament Assambleyası, oktyabr 2014
Elmar Məmmədyarov, Avropa Şurası Parlament Assambleyası, oktyabr 2014

Sentyabrın 22-si Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsərdləri arasında görüş keçirilib.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, görüş iki saata yaxın çəkib.

Görüş BMT-nin 72-ci sessiyası çərçivəsində baş tutub. Orada Dağlıq Qarabağ münaqişəsinin müzakirə edildiyi bildirilir.

Bu gün, sentybarın 23-də isə ATƏT həmsədrlərinnin iştirakı ilə E. Məmmədyarov və Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın görüşü nəzərdə tutulur.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG