Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:47

İran prezidenti Azərbaycana dəvət olunub


Iran prezidenti Hassan Rouhani, 6 mart 2019

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov martın 9-da İrana rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə hər iki tərəfin gündəliyində olan iqtisadi layihələrə dair fikir mübadiləsi aparılıb, mədəni, siyasi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi vurğulanıb.

Nazir E.Məmmədyarov bu il oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının zirvə görüşünə Azərbaycan prezidentinin dəvət məktubunu Həsən Ruhaniyə təqdim edib.

E.Məmmədyarov İrana səfəri çərçvəsində, bu gün, martın 9-dan etibarən görüşlərə başlayıb. O, İran prezidentindən öncə isə bu ölkədən olan həmkarı Javad Zarif ilə görüşmüşdü

E.Məmmədyarov İrandan olan həmkarı ilə görüşüb

Azərbaycan və İran xarici işlər nazirləri,Elmar Məmmədyarov (sol), Javad Zarif, 5 aprel 2016.
Azərbaycan və İran xarici işlər nazirləri,Elmar Məmmədyarov (sol), Javad Zarif, 5 aprel 2016.

Martın 9-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Javad Zarif (Cavad Zərif) ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, görüşdə iki tərəfli münasibətlər, turizm, mədəniyyət sahəsində əlaəqlərin inkişafı, beynəlxalq və regional əməkdşalıq ətrafında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov iranlı həmkarını Qarabağa münaqişəsinin həlilə bağlı aparılan danışıqların indiki durumu ilə də tanış edib.

O, bölgədə sülh, təhlükəsizlik, dayanıqlı inkişaf və rifaha naminə münaqişənin həllinin vacibliyini vurğulayıb.

Məlumata görə, öz növbəsində İran xarici işlər naziri Javad Zarif də ölkəsinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb.

Azərbaycan xarici işlər naziri E.Məmmədyarov İrana səfəri çərçvəsində, bu gün, martın 9-dan etibarən görüşlərə başlayıb.

Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılığına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayon işğal edilib.Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətləridir.

***

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasına rəsmi səfər edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində onun İranın yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.

Həmin görüşlərdə iktərəfli və regional məsələlərin müzakirə ediləcəyi gözlənir. Səfərin neçə gün davam edəcəyi açıqlanmayıb.

Multimedia

XS
SM
MD
LG