Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:25

Elmar Məmmədyarov Avropa komissarı ilə görüşüb


Azərbaycan xarici işlər naziri Elmar Mammadyarov (solda) və Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Johannes Han
Azərbaycan xarici işlər naziri Elmar Mammadyarov (solda) və Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Johannes Han

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov fevralın 15-də Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Johannes Hanla görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) məlumat yayıb.

Görüş Münhen Təhlükəsizlik Konfransı (15-17 fevral) çərçivəsində baş tutub. Tərəflər Azərbaycan və Aİ arasındakı müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Məlumata görə, tərəflər Azərbaycan və Aİ arasında strateji tərəfdaşlığın hüquqi əsasını təşkil edəcək yeni saziş layihəsi üzrə aparılan danışıqlara toxunublar, bunun yekunlaşmasının əhəmiyyəti qeyd olunub.

Mətbuat xidməti bildirir ki, görüşdə enerji sahəsində qarşılıqlı faydalı və strateji əməkdaşlıq məsələləri də müzakirə edilib.

Məlumata görə, görüşdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edib.

Elmar Məmmədyarov 55-ci Münhen Təhlükəsizlik konfransında iştirak etmək məqsədi ilə fevralın 14-də Almaniyaya səfərə edib .

Bu konfrans 1962-ci ildən keçirilir. Konfransda Avropada təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə edilir.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq edib.

Bu proqrama Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxil olub. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna artıq qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə Aİ ilə Ermənistan arasında tərəfdaşlıq sazişi bağlanıb.

Azərbaycanla belə danışıqlar hələ 2017-ci ilin fevralından başlayıb. Hələlik saziş imzalanmayıb.

XS
SM
MD
LG