Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 20:04

Elman Rüstəmov: 'Nağd pula olan tələb vaxtında ödənilməlidir'


Elman Rüstəmov.

“2016-cı ildə qlobal və regional səviyyədə gedən iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına təsirləri davam edib. Bununla əlaqədar milli iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi çağırışları daha da aktuallaşıb, iqtisadi siyasətdə adekvat dəyişikliklər həyata keçirilib”.

Yanvarın 23-də Azərbaycan Mərkəzi Bankında 2016-cı ilin yekunlarına həsr olunmuş iclasında sədr Elman Rüstəmov belə deyib.

Buna da bax:​ 'Bu templə Neft Fondu yaxın bir neçə ilə tükənəcək'

Bu haqda AMB-nin mətbuat xidməti xəbər verir.

Elman Rüstəmov bildirib ki, məzənnə rejiminin liberallaşdırılması mövcud iqtisadi şəraitdə obyektiv reallığa çevrilib.

“Bu, tədiyə balansının, valyuta ehtiyatlarının strateji dayanıqlığının artırılmasında, habelə ölkə iqtisadiyyatının qlobal iqtisadiyyatdan gələn mənfi təsirlərdən effektiv qorunmasında, həmçinin pul siyasətinin çevikliyinin və makroiqtisadi səmərəsinin gücləndirilməsində mühüm addımlardan biridir”.

Buna da bax:​ Devalvasiya Azərbaycana nə yenilik gətirib? [video]

Məzənnə rejiminin çevikliyinin artırılması üçün E.Rüstəmov 2016-cı ildə görülən hazırlıq işlərinə də toxunub. “2017-ci ildə və ortamüddətli dövrdə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə Tədbirlər Planı”nın hazırlanaraq təsdiq olunması və icrasına başlanması mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

E.Rüstəmov Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrdən də danışıb. O, vurğulayıb ki, orta müddətli dövrdə özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə keçidin sürətlənməsi, bu əsasda daha dayanıqlı iqtisadi artımın təmin edilməsi iqtisadi siyasətin qarşısında duran başlıca strateji çağırışdır.

Buna da bax:​ İndi gündə ancaq min, ayda 10 min dollar köçürmək olar [video]

O, ödəniş sistemlərinin inkişafı sahəsində nağdsız iqtisadiyyatın genişləndirilməsinin, nağd pulun idarə edilməsi sahəsində ilk növbədə iqtisadiyyatın nağd pula olan tələbi vaxtında və müvafiq strukturda ödənilməsinin vacibliyini qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG