Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:58

İndi gündə ancaq min, ayda 10 min dollar köçürmək olar [video]


Azərbaycandan xaricə pul göndərmək çətinləşir
Gözlə

No media source currently available

0:00 0:15:05 0:00

Azərbaycandan xaricə pul göndərmək getdikcə çətinləşir [video]

Mərkəzi Bank pulköçürmə qaydalarını dəyişib...

Yeni qaydalara görə, hüquqi şəxslər yalnız əsaslandırırlarsa, xarici valyutada pulköçürmə gerçəkləşdirə bilərlər. Fiziki şəxslərinsə, haraya və nə üçün pul göndərdiklərini əsaslandıra bilməzlərsə, aylıq 10 min dolları aşmamaqla, gündə maksimum min dollar köçürməsinə icazə verilir.

Bu qayda dekabrın 8-dən qüvvəyə minib.

Buna da bax:​ Nağd ödənişlər daha da məhdudlaşdırılır

“Gecikmiş olsa da, müsbət haldır”

Bank məsələləri eksperti Əkrəm Həsənov dəyişikliyi gecikmiş addım sayır və deyir ki, ölkədən gərəkdiyi qədər pul artıq çıxarılıb:

"Birinci devalvasiyadan sonra ölkədən güclü valyuta axını başlamışdı. Təəssüf ki, Mərkəzi Bankın son ilyarımda qəbul etdiyi qaydalar valyuta əməliyyatlarını tam sərbəst aparmağa yönəlmişdi. Ölkədən çıxarılan pulları geri qaytarmaq mümkün olmasa da, gecikmiş olsa da, belə bir dəyişiklik bütövlükdə müsbət haldır. İndən belə maliyyə axının qarşısını ala, müəyyən mənada çirkli pulların önünü kəsə bilər".

Ekspertin fikrincə, Azərbaycandan yalnız bank yolu ilə deyil, qaçaqmalçılıqla və nağd şəkildə də pul çıxarılır. Amma bütün hallarda bank yolu ilə pul axının önlənməsi bəyənilməlidir.

Buna da bax: Valyuta köçürmələrinin sərtləşdirilməsi nəyə xidmət edir?

Ə. Həsənov dəyişikliyin vətəndaşlara hər hansı narahatlıq yaradacağını düşünmür, axı adi vətəndaş bir gün ərzində min dollar, ayda isə 10 min dollar pul köçürə bilər.

“Global Financial Integrity” hesablayıb ki...

Mərkəzi ofisi Washingtonda yerləşən “Global Financial Integrity” təşkilatı dünya ölkələrinin hər birindən qanunsuz yollarla çıxarılan kapitalı hesablayıb. Həmin hesablamaya görə, 2002-2011-ci illərdə hər il Azərbaycandan xaricə, orta hesabla, 1 milyard 700 milyon dollar, bütövlükdə isə 17 milyard dollar pul çıxarılıb.

Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti son dəyişikliyin ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılmasını və valyuta nəzarətinin səmərəsinin artırılmasını hədəflədiyini bildirir.

Buna da bax:​ Pul köçürmələri 35 faiz azalıb

Ancaq başqa sual da doğur

Sual doğur ki, qanunvericiliyə son dəyişikliklər ölkədən pul axının önünü kəsə biləcəkmi?

"Tax Justice Network" qeyri-kommersiya təşkilatı Azərbaycan vətəndaşlarının offşor zonalarda 48 milyard dollar vəsaitinin olduğu hesablayıb. Hesabat 1993-cü ildən 2012-ci ilədək olan dövrü əhatə edir.

Prezident İlham Əliyev bu il vergi sahəsində aparılacaq islahat istiqamətlərinə ofşor zonalarda vergi ödəyiciləri ilə əməliyyatlara səmərəli vergi nəzarəti mexanizmlərinin qurulmasını da daxil edib.

Buna da bax: Azərbaycana pul köçürmələri azalır

“Lazım olan pullar Azərbaycandan çıxarılıb”

Eksperti Əkrəm Həsənovun iddiasına görə, ofşora pul çıxaranlar elə Azərbaycanın oliqarxlarının özüdür və gərəyincə pul çıxarandan sonra indi qaydaları dəyişirlər:

"İlyarımda ölkədən xeyli valyuta çıxarılıb. Bunun da qarşısını vaxtında almayıblar. Yəqin ki, bununla kimlərəsə yardım etmək istəyiblər. Mən belə anlayıram ki, onlara lazım olan pullar ölkədən çıxarılıb və əhəmiyyəti qalmayıb deyə, qaydalar dəyişib. Lazım olan pullar Azərbaycandan çıxarılıb".

İndi pullar yastığın altına yığılır?

Hökumət yeni qaydalarla ölkədə maliyyə sabitliyi yaratmaq, kapital axınının qarşısını almaq istədiyini bildirir.

Buna da bax:​ 'Heydər Əliyev Fonduna pul köçürmədiyimə görə incidilirəm'

İki il öncə dünya bazarında neft ucuzlaşandan bəri Azərbaycanın valyuta ehtiyatı azalır və ölkədə iqtisadi böhran yaşanır. Hökumət, axır ki, yeni strateji yol xəritəsini təsdiqləyib.

Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin Komitə iclasında iqtisadiyyatı dirçəltmək üçün xarici investorların ölkəyə cəlb edilməsi zərurətini vurğulayıb. Hələlik, görünən odur ki, nə əcnəbi, nə də yerli investorlar pullarını investisiyaya çevirməyə tələsmir və necə deyərlər, yastığın altına yığmağa üstünlük verirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG