Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:09

ABŞ prezidentliyinə namizəd Trumpa qarşı impicment məsələsini dəstəklədi


Senator Elizabeth Warren, 9 fevral, 2019
Senator Elizabeth Warren, 9 fevral, 2019

ABŞ-ın Massaçusets ştatından olan senator və Demokrat partiyasından prezidentliyə namizəd Elizabeth Warren, prezident Donald Trumpa qarşı impicment məsələsi qaldırılmasını rəsmi olaraq dəstəkləyib.

Bunu aprelin 19-da onun özü bəyan edib.

Senator bəyanatında qeyd edir ki, prokuror Mullerin, Rusiyanın ABŞ-da keçirilən prezident seçkisinə müdaxiləsilə bağlı apardığı araşdırma göstərir ki, Trump ABŞ prezidenti olmağa qadir deyil.

“Onun davranışının ağırlığı, hər iki aparıcı partiyanın təmsilçilərindən, fikir ayrılıqlarını kənara qoyub, öz konstitusyon borclarının yerinə yetirilməsini tələb edir. Bu o deməkdir ki, Nümayəndələr palatası ABŞ prezidentinin hakimiyyətdən uzaqlaşdırılması proseduruna başlamalıdır”, senator bildirib.

Mueller-in hesabatında deyilir ki, Rusiya 2016-cı il prezident seçkisinə müdaxilə edib. Ancaq Prezident Donald Trump-ın və seçki kampaniyası üzvlərinin Rusiyayla bu yöndə sövdələşməyə getməsinə yetərincə dəlil tapılmayıb.

Ancaq sənəddə o da vurğulanıb ki, Trump və komandasının azı 17 üzvü, yaxud müşavirləri 2016-cı ilin seçki kampaniyası dövründə rusiyalılarla 100 dəfədən artıq əlaqə yaradıb.Hesabatda Trump və yaxınlarına hüquqi problemlər, eləcə də potensial impiçment proseduru yaradacaq sahələr göstərilib.

Bu hesabat açıqlanandan öncə isə Mueller 10-dan artıq rusiyalı hərbi kəşfiyyat zabitinə ittiham irəli sürmüşdü. Onların Demokratlar partiyasının elektron yazışmalarının ələ keçirilməsinin arxasında durduğu bildirilirdi. Həmin yazışmalar prezident seçkisinin qızğın vaxtında açıqlanmışdı.

İndi demokratların çoxluq təşkil etdiyi Nümayəndələr palatası adi səs çoxluğu ilə Trump-a qarşı impicment məsələsini qaldıra bilərlər, amma bunu Respublikaçıların nəzarət etdiyi Senatın 2/3-də dəstəkləməlidir.

Buna da bax: Ədliyyə Komitəsi Mueller hesabatının tamını istəyir

Moskva bir qayda olaraq, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə etmədiyini deyir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG