Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:45

Ədliyyə Komitəsi Mueller hesabatının tamını istəyir


Jerrold Nadler
Jerrold Nadler

ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsi Xüsusi prokuror Robert Mueller-in Rusiya istintaqının hesabatının tam versiyasını tələb edir. Komitə Ədliyyə Departamentinin mayın 1-dək bu sorğunu cavablandırmasını istəyir.

Komitə sədri Jerrold Nadler bəyanatında deyib ki, “Konqresin böyük hissəsini qaranlıqda qoyan” redaktəli versiyanı qəbul edə bilməz.

“Mənim komitəmə hesabatın tam versiyası lazımdır və bunu almaq hüququ var”, – Nadler aprelin 19-da, 448 səhifəlik hesabat yayılandan bir gün sonra deyib.

“Əhəmiyyətli redaktələr olunub. Xüsusi Prokurorun bu iş üzrə hazırladığı faktiki dəlili görmürük”, – Nadler vurğulayıb.

Baş prokuror William Barr Mueller-in hesabatını Konqresı göndərsə də, jürinin informasiyası daxil bəzi materialları redaktə edib. Böyük jürinin dəliləri, şahid müsahibələri məhkəmə yoluyla alına bilər.

Bu çağırış uzun bir hüquqi çəkişmənin başlanğıcı ola bilər. Ədliyyə Departamenti cavab verməsə, demokratlar rəsmiləri Konqresə sayqısızlıqda ittiham edə, sonucda məsələni məhkəməyə çıxara bilərlər.

Mueller-in hesabatında deyilir ki, Rusiya 2016-cı il prezident seçkisinə müdaxilə edib. Ancaq Prezident Donald Trump-ın və seçki kampaniyası üzvlərinin Rusiyayla bu fəaliyyətdə sövdələşməyə getməsinə yetərincə dəlil tapılmayıb.

Hesabatda Trump və yaxınlarına hüquqi problemlər, eləcə də potensial impiçment proseduru yaradacaq sahələr də göstərilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG