Keçid linkləri

2026, 17 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 08:47

Rusiya XİN Əliyevin səfirlik açıqlamasının reallığa uyğun olmadığını bildirib

Rusiya Kiyevi vurdu: Azərbaycan səfirliyinə də ziyan dəydi
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

Rusiya Kiyevi vurdu: Azərbaycan səfirliyinə də ziyan dəydi

Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna hücumlar olmayıb. Eyni zamanda, Azərbaycanın Ukraynadakı səfirliyi üç dəfə hücuma məruz qalıb. Bunu Azərbaycan prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirəsində deyib.

Bu məsələnin Rusiya prezidenti Vladimir Putin qarşısında qaldırılması barədə suala cavabında Əliyev bildirib ki, məsələ rəsmilər arasında çoxsaylı təmaslar zamanı dəfələrlə çatdırılıb. Onun vurğulamasına görə, Rusiya səfirinə diplomatik nota verilib: "Biz yalnız diplomatik yolla hərəkət edirik. Bundan başqa heç nə edə bilmərik. Lakin, əlbəttə ki, bu hərəkətlər Azərbaycana qarşı dostyana hərəkət hesab edilmir".

Rusiya Xarici İşlər Nazirliyi (XİN) isə Əliyevin bəyanatlarının reallığa uyğun olmadığını bildirib. RBK quruma istinadla yazır ki, ötən ilin noyabrında Kiyevdə Azərbaycan səfirliyinin binalar kompleksinə ziyan dəyməsi, güman ki, Ukrayna havadan müdafiə sisteminin "qeyri-korrekt" işinin nəticəsi olub.

Həmin vaxt Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılmış, ona etiraz bildirilmiş, nota təqdim edilmişdi. XİN-in məlumatına görə, Ukraynadakı diplomatik nümayəndəliklərin yerləşdiyi binaların koordinatları hələ 2022-ci ilin aprelində Moskvaya təqdim edilib, koordinatları Rusiya Müdafiə Nazirliyinin nəzərə alacağı bildirilib.

XS
SM
MD
LG