Avqustun 8-i axşam prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putin-i evinə çay süfrəsinə dəvət edib.
Xəbəri president.az saytı yayıb.
Dövlət başçıları söhbət zamanı Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşünün çox uğurla başa çatdığını məmnunluqla qeyd ediblər. Bu tədbirin iki ölkə arasında və regionda əməkdaşlığın gücləndirilməsi, əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmli rol oynayacağını vurğulayıblar.
Avqustun 8-də Rusiya prezidenti Vladimir Putin Azərbaycana gəlib. O, azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb. Daha sonra Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşü keçirilib. Görüşdə prezidentlər birgə bəyannamə imzalayıblar.
Buna da bax - 'Dost olmayan ölkəni ən azı neytrallaşdırmaq' cəhdi
Birgə bəyannamədə tərəflər «Şimal-Cənub» nəqliyyat dəhlizi və Xəzərin statusu ilə bağlı əməkdaşlığın vacibliyini qeyd edirdilər.
Rusiya, Azərbaycan və İran həmçinin, biznes, mədəniyyət və turizm sahəsində üçtərəfli əməkdaşlıq formatını inkişaf etdirmək qərarına gəldiklərini açıqlayırdılar.
Bundan başqa, bölgədəki həll olunmamış münaqişələr regional əməkdaşlığa böyük maneə kimi dəyərləndirilirdi.