Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:14

Əli Həsənov: «İsrail mövqe bildirsin»


Əli Həsənov
Əli Həsənov

-

İsrail Dağlıq Qarabağ münaqişəsindən tamamilə kənar durmağa çalışır. Baxmayaraq ki, Azərbaycan İsrailin bu məsələyə mövqe bildirməsini istəyir.

«The Jerusalem Post» qəzeti belə yazır.

Azərbaycan prezidentinin müşaviri Əli Həsənov qəzetə telefon müsahibəsində deyib: «Böyük hörmət bəslədiyimiz İsrailin burada baş verənlərə mövqe bildirməsini gözləyirik. Çünki İsrail Ermənistandan atəşi dayandırmasını və danışıqları başlamasını xahiş edə bilər».

«İsrailə strateji tərəfdaş kimi baxırıq və şərh verməsini gözləyirik. Azərbaycan strateji tərəfdaşından – İsrail dövlətindən Azərbaycanın işğal olunmuş əraziləri ilə sərhəddə Ermənistanın törətdiyi hərbi provokasiyaya münasibət bildirməsini xahiş edir», - Əli Həsənov sözlərinə əlavə edib.

Aprelin 2-dən başlanan əməliyyatlarda hər iki tərəfdən 35-dən artıq hərbçi həlak olub, yaralılar var.

Həsənov qəzetin müxbiri ilə tərcüməçi vasitəsilə danışıb. Müxbir ona xatırladıb ki, İsrailin Ermənistan üzərində böyük təsir gücü yoxdur, diplomatik əlaqələri olsa da, münasibətləri çox da güclü deyil. Ancaq cənab Həsənov vurğulayıb ki, İsrailin ABŞ, Rusiya və Fransa ilə yaxşı münasibətləri var və onları çağıra bilər ki, erməniləri danışıqlar masasına gətirsinlər.

Müşavir Cənubi Qafqazın Yaxın Şərqə çox yaxın olduğunu, oradakı proseslərə də təsir göstərə biləcəyini söyləyib.

NƏ AZƏRBAYCANDAN VAZ KEÇİR, NƏ ERMƏNİSTANDAN

Ancaq «The Jerusalem Post» yazır ki, İsrail bu münaqişəyə müdaxilə etməyə tələsmir. İranla sərhəddə yerləşən Azərbaycan İsrailin neft tələbatının 40 faizini verir. Ermənistanı isə Rusiya dəstəkləyir və bu ölkə İsrail üçün strateji əhəmiyyət daşıyır. Türkiyə isə bütünlükdə Azərbaycanı dəstəkləyir. Bu da belə fikirlərə yol açır ki, hazırkı durum, əslində, Rusiya və Türkiyə arasındakı gərginliyin bir hissəsidir.

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Emmanuel Nachshon qəzetə bildirib ki, nazirlik «Dağlıq Qarabağda gedən prosesləri və Azərbaycan-Ermənistan münasibətlərini böyük maraqla izləyir», ancaq hazırda bu barədə şərh vermir.

Yazıda xatırladılır ki, ötən həftə Vaşinqtona səfər etmiş prezident Əliyev orada ABŞ-dakı yəhudi təşkilatlarının rəhbərləri ilə görüşüb, ölkəsinin həm ABŞ, həm də İsraillə münasibətlərini müzakirə edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG