Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:22

“Türkiyə səninlədir”


Recep Tayyip Erdogan, arxiv fotosu
Recep Tayyip Erdogan, arxiv fotosu

-

"Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olub və olacaq". “Report”-un xəbərinə görə, Türkiyə prezidenti Recep Tayyip Erdogan bunu Ankarada Türk Qızıl Aypara Cəmiyyətinin (TOFC) yığıncağında çıxışı zamanı bildirib.

Erdogan-ın sözlərinə görə, Azərbaycan torpaqlarının işğalı və orada törədilən cinayətlərin ağrıları Türkiyə xalqının ağrılarıdır.

Türkiyə prezidenti çıxışı zamanı Dağlıq Qarabağın işğalı dövründə şair Əbdürrəhman Karakoçun sözlərini sitat gətirib. O bildirib ki, Karakoç Azərbaycanın itkiləri ilə bağlı Türkiyə xalqının keçirdiyi hissləri sətirlərə köçürüb: "Hər həlak olan Azərbaycan əsgəri ilə biz ürəyimizin bir qismini itiririk"- deye Erdogan şeirdən bir neçə sətir söyləyib .

Türkiyə prezidenti qeyd edib ki, şər əbədi mövcud ola bilməz: "Qarabağ yenidən öz sahibinə qovuşacaq, Azərbaycanın olacaq, mən buna inanıram. Bir gün, bizim Qarabağdan olan, 25 ilə yaxındır öz vətənindən uzaq düşən qardaşlarımız, öz doğma diyarlarına, evlərinə qayıdacaqlar. Mən buna bütün qəlbimlə inanıram. Bir daha bizim dost və qardaş Azərbaycana dəstəyimizi bildirmək istəyirəm, insanların həyatlarını itirməsi ilə bağlı başsağlığı verirəm".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG