Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:54

Gənc fəal: 'Əməliyyat müvəkkilinin otağında beysbol zopaları var idi'


Elgiz Qəhrəman
Elgiz Qəhrəman

“NİDA”çı fəal Elgiz Qəhrəman “bandotdel”də saxlandığı günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi Kərim Əlimərdanovun göstərişiylə hər gün döyüldüyünü və alt paltarındaca yeri təmizləməyə məcbur edildiyini deyir

"Bu adamın göstərişi ilə məni "bandotdel"də saxlanıldığım 6 gün ərzində hər gün soyundurub döyür, alt paltarı ilə yeri təmizləməyə məcbur edirdilər".

NİDA-çı fəal Elgiz Qəhrəman dekabrın 26-da keçirilən məhkəməsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi Kərim Əlimərdanov haqqında belə deyib.

Buna da bax:​ "Hakimiyyət işgəncə faktlarını ört-basdır edir"

“Hər gün alt paltarında yeri təmizləməyə məcbur edirdilər"

Kərim Əlimərdanov, eləcə də idarənin baş əməliyyat müvəkkili Şahlar Cəfərov bu gün (dekabrın 26-da) Elgiz Qəhrəmanın məhkəməsində əlavə şahid kimi dindiriliblər. Onlar gənc fəalın vəkillərinin vəsatəti əsasında məhkəməyə çağrılıblar. Elgiz Qəhrəmanın dediyinə görə, onu həbs edərkən, Kərim Əlimərdanovun otağına aparıblar. Məhz orada narkotikin ona məxsusluğu, Fethullah Gülenlə əlaqələrinin olması haqda ifadələrə imza atmaq tələb edilib. Elgiz bu iki nəfər onu dəfələrlə döydüyünü də söyləyib.

Kərim Əlimərdanov və Şahlar Cəfərov dindirilərkən, Elgiz ötən məhkəmə iclasında dediklərini bir daha təkrarlayıb.

Buna da bax: 'Dedilər yaz ki, Fethullah Gülenlə birbaşa telefon əlaqən olub'

"Deyəsən, Amerika filmlərinə çox baxmısan"

"Məni tutandan sonra Kərim Əlimərdanovun otağına apardılar. Orada döydülər. Sonra şəxsən Şahlar Cəfərov özü narkotiki cibimə qoydu. Tələb edirdilər ki, boynuma götürüm. Dedim ki, mənə vəkil verin. Kərim müəllim dedi ki, "deyəsən, sən Amerika filmlərinə çox baxmısan". Ofisimizdən kompüterimi gətirib, "Facebook" hesabıma girdilər, paylaşdığım statusları, yazıları çap edib, Kərim Əlimərdanovun stolunun üstünə qoydular", - Elgiz Qəhrəmanın sözləridir.

Gənc fəal deyir ki, Fethullah Gülenlə əlaqələri olması haqda ifadəyə imza atmağı da ondan Kərim Əlimərdanov tələb edib.

Buna da bax:​ Vəkil: 'Elgiz bu statusuna görə bu gün burdadı...'

"Otağında 9 telefonu var"

Kərim ƏlimərdanovŞahlar Cəfərov deyilənləri təkzib ediblər. Hər ikisi Elgiz Qəhrəmanın onların iş otağında olmadığını söyləyib. Lakin gənc fəal onların ikisinin də kabinetini məhkəmədə təsvir edib: "Kərim müəllimin kabinetində 9 dənə telefon var. Aşağıda “dubinkalar” qoyulan yer var, “dubinka”nı oradan çıxarmışdı. Videokamera da var, məni o kamera ilə çəkdilər. Şahlar Cəfərovun otağında beysbol zopaları var".

Polislər yenə bildiriblər ki, yalandır, bu adam onların kabinetində olmayıb. Ola bilsin, idarədə dəhlizdə aparılarkən qapılar açıq olub, kabinetlərin içərisini görünüb.

Ardınca gənc fəalın vəkilləri Fariz NamazlıNemət Kərimli həbs olunarkən Elgiz Qəhrəmana dövlət hesabına təyin olunmuş müdafiəçi Oqtay Əliyevin, gənc fəaldan tapıldığı iddia olunan narkotiklə bağlı rəy vermiş ekspertin məhkəmədə dindirilməsi, BMCMİ-dən əməliyyat məlumatlarının qeydiyyatı kitabının sorğu yoluyla məhkəməyə gətirilməsi barədə vəsatətlər qaldırıblar.

Buna da bax: Elgiz Qəhrəmanın anası: ‘Mən bu gün kiminsə qapısına şirniyyat aparacaqdım...’

Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası yalnız ekspertin dindirilməsi barədə vəsatəti təmin edib.

Məhkəmə yanvarın 5-də davam edəcək.

Xatırlatma

Elgiz Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu azadlıqdan 12 ilədək məhrumolunma təhlükəsi gözləyir.

Buna da bax:​ The Washington Post Azərbaycanı kəskin tənqid edən məqalə dərc edib

Elgiz Qəhrəmanı bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar.

NİDA Vətəndaş Hərəkatı Elgiz Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.

Buna da bax:

Elgiz Qəhrəman: Dəyənəklə cinsiyyət orqanıma vururdular
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG