Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:25

"Hakimiyyət işgəncə faktlarını ört-basdır edir"


Arxiv fotosu
Arxiv fotosu

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatıişgəncələr əleyhinə kampaniyaya başlayıb. Beynəlxalq birliyi Azərbaycanda vəziyyətə müdaxilə etməyə səsləyib.

Son vaxtlar Azərbaycanda siyasi fəallara qarşı xüsusən seksual xarakterli işgəncələr də davamlı hal alıb. Nardaran işində, heykələ şüar yazanların, Elgiz Qəhrəmanın işində və s.

Buna da bax: Elgiz Qəhrəman: Dəyənəklə cinsiyyət orqanıma vururdular​

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin fikrincə İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının başladığı işgəncələr əleyhinə kampaniyası reallığa söykənir. Onun sözlərinə görə, bu vaxta qədər ölkədə xeyli sayda işgəncə faktları olsa da, hakimiyyət bu faktları ört-basdır edib.

Hüquq müdafiəçisi deyir ki, ümumiyyətlə ölkədə işgəncə faktlarını araşdıracaq oturuşmuş, sistemli təşkilatçılıq yoxdur. Oqtay Gülalıyevin sözlərinə görə, daha çox bu faktlara indiyə qədər hüquqi qiymət verilməməsi qabardılmalıdır. Hüquq müdafiəçisi deyir ki, bu cür kampaniyaya dəstək verilməlidir.

Oqtay Gülalıyev: "ölkədə xeyli sayda işgəncə faktları olsa da..."
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

Hüquq müdafiəçisi Əsabəli Mustafayev bildirir ki, ölkədə işgəncələrə qarşı mübarizəni Ombudsman aparatı aparmalı olsa da, onların işi qənaətbəxş deyil. Əsabəli Mustafayev qeyd edir ki, işgəncə hallarına ölkədaxili reaksiyanın az olmasının bir səbəbi də ölkədəki insan hüquqları sahəsində çalışan bütün QHT-lərin fəaliyyətinin məhdud olmasıdır.

Hüquq müdafiəçisi deyir ki, Azərbaycan hakimiyyəti ölkədə işgəncə faktının olmasını təkzib edir. Onun sözlərinə görə, işgəncənin baş verməsi ölkənin nüfuzuna böyük zərbə olsa da, hakimiyyətdən bunun qarşısını almaq üçün heç bir tərpəniş görünmür. Əsabəli Mustafayevin fikrincə, hökumət səy göstərmir deyə, beynəlxalq təşkilatlar belə bir kampaniya aparırlar.

Əsabəli Mustafayev: "hakimiyyətdən heç bir tərpəniş görünmür"
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00
Direct-ə keçid

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa deyir ki, əvvəllər belə neqativ hallar daha çox olsa da indi bu problemlər daha az yaşanır. Deputat deyir ki, məhkəmə proseslərində işgəncələrlə bağlı fikirlər səsləndirilir, amma bunun dəlillərlə sübutu ortalığa qoyulmur.

Fazil Mustafanın sözlərinə görə əgər belə bir faktlar varsa bunlar araşdırıla bilər. Amma eyni zamanda həmin beynəlxalq təşkilatların da Azərbaycana münasibətinə də diqqət yetirmək lazımdır.

Fazil Mustafa:"bunun dəlillərlə sübutu ortalığa qoyulmur"
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00
Direct-ə keçid

Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə bildirir ki, işgəncə ilə bağlı müraciətlər olduqda həmin məsələlər araşdırılır, həmin şəxslərlə görüşlər təşkil olunur, hətta ehtiyac olduqda müvafiq qurumlara Ombudsman Aparatı tərəfindən də müraciətlər olur.

Rəşid Rumzadə deyir ki, amma bu o demək deyil ki, Ombudsman aparatı bununla bağlı qərar qəbul edən orqandır. Onun sözlərinə görə bu, onların səlahiyyətindən kənardır.

Rəşid Rumzadə: "Ombudsman aparatı qərar verən orqan deyil..."
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG