Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:18

Ekspert:"Aqrosənaye düzgün idarə edilməli, ucuz kreditlər verilməlidir"


Foto arxiv

“Kənd təsərrüfatının kreditləşdirilməsi problem olaraq qalır”.

Ekspert Fuad Əlizadə ölkə başçısıın kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamını şərh edərkən bedlə deyib.

O, qeyd edib ki, kənd təsərrüfatına kreditlər bir qayda olaraq, daşınmaz əmlakln girova qoyulması ilə verilir.

“Regionlarda isə əmlak ucuzdur. Yadımdadır, Lənkəranda bir sahibkar Rusiyaya konservləşdirilmiş məhsulların ixracını qurmaq məqsədilə kredit almaq üçün üç evini girov qoymalı oldu. Kredit verənlər daşınmaz əmlakı cüzi məbləğə qiymətləndirir”, deyən ekspert vurğulayıb.

Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

Fuad Əlizadənin dediyinə görə, bu sahə kredit-maliyyə təşkilatlarını heç vaxt maraqlandırmayıb.

“ Üsyəlik, cari bank böhranı müsbət irəliləyişlər vəd etmir. Mərkəzi Bank pul kütləsini azaldır, milli valyuta devalvasiya edir, amma kommersiya bankları isə ən çox sevdikləri istehlak kreditləşdirməsindən imtina edir”, F.Əlizadə bildirir.

O, kənd təsərrüfatının sığortalanmasının Azərbaycanda çox zəif inkişaf etdiyini deyir.

“Bir çox hallarda bu, sığorta şirkətlərinin iş xüsusiyyətləri, həmçinin onların regionlardan uzaq olmaslı ilə izah olunur. Kənd təsərrüfatı sığortalaması institutunun tətbiqi iki əsas problemlə üzləşir. Birincisi sığorta şirkətləri xidmətlərinin baha başa gəlməsi, ikincisi isə sığorta biznesinin paytaxtda yerləşməsidir. ", ekspert deyir.

Başqa bir ekspert Vahid Məhərrəmov isə deyib ki, fermerlərin böyük əksəriyyətinin maddi resursları yoxdur:

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

“ Bu, müxtəlif amillərlə - istehsalın xeyir verməməsi, kreditləşmə şərtlərinin bahalığı, idxal məhsullarının üstünlük təşkil etməsinə görə satış bazarlarının yoxluğu və sairə ilə bağlıdır”

Vahid Məhərrəmov qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı müasir aqrotexnikaya, mineral gübrələrə, yaxşı mütəxəssislərə, ucuz, bank kreditlərinə, ən başlıcası isə düzgün idarəetməyə kəskin ehtiyac duyur.

“Torpağın deqradasiyası, toxumun keyfiyyətsiz olması, istehsal texnikası və suvarma sularının çatışmazlığının yaratdğı çətin vəziyyət zərərlərə gətirib çıxarır. Sığorta haqlarının hətta bir hissəsini belə ödəməyə imkan vermir”, deyən ekspert bankların şişirdilmiş şərtlərini, kreditləşmənin əlçatmazlığını xüsusi qeyd edib.

Xatırlatma

Prezident İlham Əliyev aprelin 11-də “Kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

İlham Əliyev
İlham Əliyev

Sərəncamın məqsədi kənd təsərrüfatı üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi və bu sahəyə investisiya qoyuluşlarının təşviqidir.

Kənd təsərrüfatının maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi,aqrar sığortanın inkişafı və aqrosənayeyə sərmayə qoyuluşlarının stimulaşdırılmasından ötrü Maliyyə Sabitliyi Şurasına ay ərzində daha ətraflı fəaliyyət planı hazırlamaq vtapşırılıb.

Buna da bax:Heydərovlar ailəsinin yeni kənd təsərrüfatı şirkəti

Günün bütün mövzuları

XS
SM
MD
LG