Dekabrın 16-da Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin axşama doğru çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyinin əsəcəyi, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 5-7, gündüz 8-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti proqnozlaşdırılır.
Havanın temperaturunun tədricən aşağı enəcəyi, dekabrın 17-də maksimal temperaturun 5-7 dərəcə isti təşkil edəcəyi ehtimalı var.
Dekabrın 16-da Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Lakin bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənir. Gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təxmin edilir.
Nazirlik xəbərdarlıq verir ki, dekabrın 17-si günün ikinci yarısından dekabrın 19-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal edilir. Havanın temperaturunun ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcəyi, çaylarda sululuğun artacağı proqnozlaşdırılır.