Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:04

Vəkili: “Əfqan Sadıqova ciddi təzyiqlər var”


Əfqan Sadıqov (Arxiv)

Azel.tv saytının həbsdəki təsisçisi və redaktoru Əfqan Sadıqova ciddi təzyiqlərin olduğu bildirilir.

Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkili Elçin Sadıqov bildirib.

Bu gün, oktyabrın 21-də 17 saylı Cəzaçəkmə Müəssisəsində Ə.Sadıqovla görüşən vəkili deyir ki, onu incidirlər.

“Ona ciddi təyziq və təqiblər var. Yazılarına görə, incidirlər. O, ümumiyyətlə, siqaret çəkmir, ancaq siqaret çəkməyə görə töhmət veriblər. Həm də töhmət qərarı jurnalist “kars”da (cərimə kamersı-AR) olduğu müddətdə verilib”, vəkil deyib.

E.Sadıqov Əfqan Sadıqovun müdafiəsi ilə bağlı gərəkli addımların atılacağını bildirib.

Sentyabrın sonunda Əfqan Sadıqov cərimə kamerasınasalınmışdı. Yaxınları onun 15 gün müddətinə cəzalandırıldığını açıqlamışdılar.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti (PX) Ə.Sadıqovun cərimə kamerasına salınmasını təsdqiləmiş, jurnalistin daxili qaydaları pozduğunu açıqlamışdı.

Üstəlik, xidmətdən bildirmişdilər ki, Əfqan Sadıqova münasibətdə müəssiədəheç bir qanunsuzluğa yol verilməyib.

Vəkilin son açıqlamalarına isə, hələlik, Pemnitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Buna da bax: AŞPA məruzəçisi Fikrət Hüseynli ilə bağlı narahatlıq bildirib

Xatırlatma

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. OnaCM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Ə.Sadıqov barəsində hökm oxunub. Məhkəmə onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib.

Hüquq müdafiə təşkilatları onun adını siyasi məhbusların siyahısına daxil edib. Yerli hüquq müdafiəçiləri onun rayonda tənqidi yazılarına görə şərlənərək həbs edildiyini düşünürlər.

Bu açıqlamalara hələlik Cəlilabad Rayon İcra Hakimiyyətindən hər hansı münasibət almaq mümkün olmayıb.

Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG