Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 00:57

Əfqan Muxtarlının vəkili: 'Bizim üçün qeyri-müəyyən qaldı'


Əfqan Muxtarlı yas mərasimi üçün evə buraxıldı
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Əfqan Muxtarlı yas mərasimi üçün evə buraxıldı

Fevralın 20-də Şəki Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Şikayət Balakən Rayon Məhkəməsinin Ə.Muxtarlının 6 il azadlıqdan məhrum edilməsinə dair hökmündən verilib.

Məhkəmədə Ə.Muxtarlının vəkilləri Elçin SadıqovNemət Kərimli jurnalistin şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsi, yekun qərara qədər onun ev dustaqlığına buraxılması, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması) baxılması haqda vəsatətlər qaldırıblar. Məhkəmə istintaqı ilə bağlı vəsatətdə də 14 müxtəlif məsələnin araşdırılmasından söhbət gedir.

***Buna da bax-Əfqan Muxtarlı: 'Söz tapa bilmirik bir-birimizə deməyə...'

Vəkillər deyib ki, birinci instansiya məhkəməsində hərtərəfli, obyektiv araşdırma aparılmayıb. Vacib məsələlər araşdırılmadan hökm çıxarılıb.

Ə.Muxtarlının apellyasiya şikayətinə Rəfael Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Hakimlər qısa müşavirədən sonra məhkəmənin qismən istintaqla keçirilməsinə qərar veriblər. Məhkəmə baxışı martın 2-nə təyin olunub.

***Buna da bax-Əfqan Muxtarlı: 'Məni bu adama təhvil verdilər, cibimə pulu da o atdı...'

Vəkil N.Kərimli AzadlıqRadiosuna deyib ki, hakimlər apellyasiya şikayətinə qismən istintaqla baxılmasına qərar versələr də, araşdırmaların hansı həddə aparılacağı konkret bəlli deyil: «Bizim üçün qeyri-müəyyən qaldı. Bilmirik ki, vəsatətdə qoyduğumuz 14 məsələni araşdıracaqlar, yoxsa məhkəmə özü istədiyi sübutları araşdıracaq».

Xatırlatma

Jurnalist Ə.Muxtarlı ötən il mayın 29-u oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist hakimiyyət nümayəndəsinə müqavimət göstərmə, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilib.

Bakıda rəsmi qurumlar iddia edib ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu ilin yanvarında o, məhkəmənin qərarı ilə 6 il həbs cəzası alıb. Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini «siyasi sifariş» adlandırıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.

XS
SM
MD
LG