Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:46

Sorğu: Demokratiyalara etimad azalıb, avtokratiyalara artıb


Dubay
Dubay

Ötən ilin nəticələrini əks etdirən builki sorğu göstərib ki, Çin başda olmaqla avtokratik rejimlərdə ictimai etimadın göstəriciləri yaxşılaşıb

Dünya demokratiyalarında ictimaiyyətin hökumətlərə etimadı 2021-ci ildə yenə də tənəzzülə uğrayıb.

Reuters agentliyinin yazdığına görə, yeni qlobal sorğuda bunun hökumətlərin pandemiya ilə tədbirlərindən narazılıq və geniş yayılmış iqtisadi bədbinliklə bağlı olduğu deyilir.

Edelmanın Etimad Barometri (The Edelman Trust Barometer) artıq iki onillikdir ki, dünya boyunca adamların öz hökumətlərinə, mediaya, biznes və QHT-lərə münasibətini təhlil edir.

Ötən ilin nəticələrini əks etdirən builki sorğu göstərib ki, Çin başda olmaqla avtokratik rejimlərdə ictimai etimadın göstəriciləri yaxşılaşıb.

Sorğudan bu da məlum olub ki, vaksinlərin istehsalı, iş yerlərinin və ticarətin pandemiyaya uyğunlaşdırılması bizneslərə qlobal etimadı gücləndirib.

Edelmanın Edelman sorğusu

Riçard Edelmanın Edelman Communications qrupunun apardığı sorğu zamanı dünyanın 28 ölkəsində 36 min respondentin rəyi öyrənilib.

Rəyin öyərilməsi ötən ilin noyabr ayında həyata keçirilib.

Edelmanın özü sorğu nəticələri barədə deyib ki, “demokratiyalara etimad sarsılıb”.

Sorğunun nəticələrinə görə ötən il ictimai etimad üzrə ən pis geriləmə demokratiyalarda qeydə alınıb.

Təsisatlara etimada görə Almaniya 7 pillə geriləyərək 46-cı yerə enib. Avstraliya, Niderland, Cənubi Koreya və Birləşmuiş Ştatlarda da geriləmə qeydə alınıb.

Bunun əksinə, Çində təsisatlara etimad 83 faiz olub. Bu, 2020-ci ildə olduğundan 11 bal çoxdur.

Birləşmilş Ərəb Əmirlikləri üçün bu rəqəmlər 76 faiz (+9) və Tayland üçün 66 faiz (+5) olub.

Gələcəyə inam

Sorğu bunu da göstərib ki, dünyanın ən zəngin ölkələrində pandemiya dövründə iqtisadiyyata dəstək üçün trilyonlarla dollar xərclənməsi adamlarda uzunmüddətli əminlik hissi yarada bilməyib.

Məlum olub ki, Yaponiyada adamların yalnız 15 faizi özlərinin və ailələrinin beş ildən sonra daha yaxşı durumda olacağına inanır.

Əksər demokratik ölkələr üçün bu rəqəm 20-40 faiz arasında olub.

Lakin Çində respondentlərin üçdə ikisi iqtisadiyyatın gələcəyi üçün nikbin olduğunu bildirib.

Hindistanda rəyi soruşulanların 80 faizi yaxın 5 ildə daha yaxşı yaşayacağına inandığını deyib.

Edelman deyir ki, Çində etimadın yüksək olması iqtisadiyyata inamdan daha çox Pekinin siyasətinin sabitliyi ilə bağlıdır.

Məsələn Çində düşünürlər ki, Pekin pandemiyanın öhdəsindən Birləşmiş Ştatlardan daha yaxşı gəlib.

ABŞ hazırda COVID ölümlərinin sayına görə lider olduğu halda, Çindən son aylar ərzində bircə ölüm hadisəsi barədə xəbər alınmayıb.

'Ev kirəsi bahalaşıb': Dövlət nə tədbir görə bilər?
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Kapitalizmdən məyusluq

Reuters yazır ki, Edelmanın sorğusu kapitalizmdən, siyasi liderlikdən və mediadan məyusluğun artdığını göstərən başqa sorğularla səsləşir.

Bütün dünya boyunca “saxta xəbərlərdən” narahatlıq ən yüksək həddinə çatıb və respondentlərin dörddə üçü bundan “silah kimi istifadə olunduğuna” inanır.

İndi iqlim dəyişikliyindən narahatlıq işsizlikdən sonra ikinci yerdədir.

Sorğu adamların biznes liderlərinə olan etimadının güclülüyünü göstərib.

Respondentlər alış-veriş etdiklərini, iş təklifləri aldıqlarını və bizneslərə öz inam və dəyərlərinə müvafiq investisiya qoyduqlarını bildiriblər.

Buna baxmayaraq, respondentlərin beşdə ikisinin fikrincə, bizneslər iqlim dəyişilkiliyi, iqtisadi bərabərsizliklə mübarizə, habelə ixtisasartırma sahəsində kifayət qədər fəal deyillər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG