Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:20

Əbülfəz Bünyadovun azadlığı istənilir


Siyasi Məhbusların Müdafiə Mərkəzinin toplantısı,Bakı 8 iyun, 2019
Siyasi Məhbusların Müdafiə Mərkəzinin toplantısı,Bakı 8 iyun, 2019

İyunun 8-də Bakıda Siyasi Məhbusların Müdafiə Mərkəzi Nardaran hadisələrinə görə həbs olunmuş və son günlər vəziyyətinin daha da pisləşdiyi bildirilən Əbülfəz Bünyadovla bağlı müzakirə aparıb. Toplantı iştirakçıları bildirdilər ki, Ə. Bünyadovun həyatına təhlükə var. Onların deməsinə görə, məhbusun bağırsaqlarına infeksiya düşüb, qida qəbul edə bilmir, sümüyə çatan yataq yarası açılıb. “Onun bədənin 80 faizi işləmir və belə adamı həbsxanaya göndərmək onu hər gün diri-diri öldürmək deməkdir. O, dərhal azadlığa buraxılmalıdır”, - deyə Mərkəzinin üzvü Zümrüd Yağmur qeyd edib.

Tədbirdə Mərkəzin adından Azərbaycan hökumətinə Ə. Bünyadovun azadlığa buraxılması istəyi ilə bağlı müraciət qəbul olunub. İnanclı Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev də deyib ki, Ə.Bünyatov azadlığa buraxılmasa ölkədə multikulturalizm, humanizm haqqında söhbətlər nağıllardan fərqlənməyəcək. O qeyd edib ki, bu ayın 12-də Ali Məhkəmə Ə.Bunyatovun şikayətinə baxmalıdır:

“ Biz müəyyən addımları atırıq və böyük ümidimiz var ki, Ə. Bünyadov ayın 12-də azad olunacaq”.

Məhbusun bacısı Mərhəmət Bünyadova isə əlavə edib ki, qardaşı bir neçə aydır ancaq çörək, kartof soyutması ilə yaşayır: “Çünki bağırsaqlara infeksiya düşüb və o, normal qida qəbul edə bilmir. Səhhətində digər problemlər də var. Ayağı çarpayıya ilişir,... belindəki yaraya infeksiya düşə bilər. Müalicə Müəssisəsindəki vəziyyət belə, belə xəstələr üçün qənaətbəxş deyil. Bizim yeganə istəyimiz qardaşımın yaxşı müayinəsidir. Çünki onun heç bir orqanı normal işləmir”.

Tədbirdə hazırda həbsdə olan bir sıra başqa şəxslərin də səhhəti ilə bağlı məsəllələrdən bəhs edilib.

Toplantıda Əbülfəz Bunyatovla bağlı qeyd edilənlərə, hələlik, Penitensir Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Buna da bax: Ə.Bünyadovun vəziyyətinin ağırlaşdığı deyilir

Xatırlatma

Ə.Bünyadov 2015-ci il noyabrın 26-da baş verən Nardaran əməliyyatında yaralanaraq iflic olub, həmin gün tutulub və 1 il 1 ay həbsdə saxlanılıb. 2016-cı ilin sonunda polis nəzarətinə vermə-qətimkan tədbiri ilə həbsdən buraxılıb.

2018-ci il iyulun 11-də 15 illik həbsi haqqında hökm oxunarkən məhkəmə zalında həbs edilib. O, məhkəməyə xərəkdə gətirilib.

Hökmə əsasən, o, 15 illik cəzanın ilk 3 ilini Qobustanda həbsxana rejimində çəkməlidir.

Həmin hadisələrdə «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov da daxil, 80 civarında şəxs həbs olunub. Onlara əsasən dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.Ayrı-ayrı qurup şəkilində keçirilən məhkəmələrdə bəzilərinə isə daha yümgül cəzalar verilib.

T.Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Ə.Bünyadov da saxlanılarkən və ondan sonra Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını söyləyib.

Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.

Nardaran məhbuslarının bir hissəsi artıq azadlıqdadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG