Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:30

Prezident karantini pozanlara güllə atılmasını əmr edib


Rodrigo Duterte
Rodrigo Duterte

Filippin prezidenti Rodrigo Duterte orduya və polisə ölkədə elan edilmiş fövqəladə vəziyyətin qaydalarını pozanlara atəş açmaq əmri verib.

Reuters agentliyinin yazdığına görə Duterte deyib ki, “belələrinin problem yaratmaqdansa, qəbrə girməsi” yaxşıdır.

Hazırda Filippin hökuməti həm ölkədə artmaqda olan koronavirus epidemiyasının cilovlanmasına, həm də zəif səhiyyə sisteminin çökməsinin qarşısını almağa çalışır.

Yoxsulların etirazları

Duterte aprelin 1-də televiziya ilə yaynlanan müraciətində deyib ki, hər bir kəsin qaydalara və karantinin tələblərinə əməl etməsi həyati əhəmiyyət kəsb edir:

“Vəziyyət getdikcə pisləşir. Odur ki, bir daha sizə deyirəm: Bu ciddi problemdir və siz qulaq asmalısınız. Mənim polisə və orduya əmrim budur...Əgər bir problem çıxarsa, müqavimət olarsa və ya sizin həyatınıza təhlükə yaranarsa, atın, güllələyin onları. Başa düşdünüz? Öldürün. Onların problem törətməsindənsə, mən onları basdıraram”.

Filippində indiyədək koronavirusdan 107 ölüm halı olub, 2633 yoluxma qeydə alınıb. Lakin yeni yoluxmalarının sayı gündən-günə artır.

Hazırda ölkənin paytaxtı Manilada və başqa şəhərlərdə karantinə və kommendant saatına görə işsiz, pulsuz və yeməksiz qalan yoxsul əhalinin nizamsız etiraz aksiyaları baş verir.

Prezidentin əmri elə bir reaksiya doğurub ki, hətta milli polis korpusunun komandanı Archie Gamboa ayrıca şərh verməyə məcbur olub:

“Prezident yəqin ki, böhran vaxtı qanunun maksisum tətbiq olunmasında ifrat tələbkarlıq edir”.

ABŞ-a qarğış, Putinə alqış

Rodrigo Duterte 2016-cı ildə vəzifəyə gələndən bəri diqqəti daim özünün müxtəlif populist bəyanatları, qaba və kobud zarafatları, bir də ABŞ-a qarğışları ilə cəlb edir.

O bundan əvvəl polisə və adi vətəndaşlara narkomanları gördükləri yerdə öldürmək icazəsi verdiyini elan etmişdi.

Bundan iki il əvvəl xəbər verilirdi ki, Duterte əsgərlərə müxtəlif antihökumət qruplaşmalarındakı qadın üsyançıları öldürməməyi, amma onları cinsi orqanlarından güllə ilə yaralamağı əmr edib.

Prezident demişdi ki, bu, qadınları “yararsız hala” salır.

Duterte son illərdə Moskva ilə daha yaxın münasibətlərə can atır və dəfələrlə prezident Putinə “heyran olduğunu” deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG