Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 00:08

Prezident Duterte Rusiya gəmilərini Filippin sahillərində görmək istəyir


Prezident Duterte, rusiyalı səfir Igor Khovayev və admiral Eduard Mikhailov.

Filippin prezidenti Rodrigo Duterte Rusiya donanmasına istənilən vaxt Filippin sahillərinə yan almağı təklif edib.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

“Biz rusiyalı dostlarımızı salamlayırıq. Oyunlar, ehtiyat götürmək və ya bizi qorumaq üçün müttəfiq kimi istənilən vaxt Filippin sahillərinə yan ala bilərsiniz”, Duterte rusiyalı admiral Eduard Mixaylovun əlini sıxaraq deyib.

RİA Novostinin məlumatına görə, Duterte yanvarın 6-da Manilada Rusiya dəniz donanmasının “Admiral Tributs” adlı böyük sualtı qayığına baş çəkib.

Filippinin xarici işlər naziri Perfekto Yasay ötən ilin dekabrında Rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra müdafiə və təhlükəsizlik sahəsində Rusiya ilə əməkdaşlığı genişləndirmək fikrində olduqlarını demişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG