Keçid linkləri

2026, 09 Mart, Bazar ertəsi, Bakı vaxtı 12:43

Qlobal silah axını 10 faizədək artıb

"Patriot" hava hücumundan müdafiə sistemi
"Patriot" hava hücumundan müdafiə sistemi

2016-2020 və 2021-2025-ci illər arasında ölkələr arasında böyük silah transferinin həcmi 9.2 faiz artıb. Avropa ölkələri silah idxalını üç dəfədən çox artırmaqla ən böyük idxalçı regiona çevriliblər. Dünyada ən böyük silah təchizatçısı olan ABŞ-nin toplam ixracı isə 27 faiz artıb. ABŞ-nin Avropaya silah ixracında isə 217 faizlik artım baş verib.

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) martın 9-da yaydığı hesabatda qeyd edir ki, qlobal silah axınındakı artım 2011-15-ci illərdən bəri ən böyük göstəricidir. Bunun əsas səbəbi Ukraynaya və Avropanın digər ölkələrinə transferlərin artmasıdır.

"Ən açıq faktor 2022-ci ildən bəri Ukraynaya transferlərdir. Amma Avropa ölkələrinin çoxu Rusiyadan təhdidin artmasına ehtimalına qarşı hərbi qabiliyyətini gücləndirməyə çalışır, daha çox silah idxal edir", – SIPRI-da Silah Transferləri Proqramının direktoru Metyu Corc deyib.

2021-25-ci illərdə dünyada silah transferinin 42 faizini ABŞ təchiz edib. Son 20 ildə ilk dəfə olaraq ABŞ-nin silah ixracının ən böyük hissəsi (38 faiz) Avropaya gedib, nəinki Yaxın Şərqə (33 faiz). Amma ABŞ silahlarının ən böyük idxalçısı Səudiyyə Ərəbistanıdır (12 faiz).

XS
SM
MD
LG