Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:47

ABŞ-ın baş komandanı İranla sazişdən çıxmağın əleyhinədir


ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Joseph Dunford

ABŞ-ın ən yüksək vəzifəli hərbi komandanı Birləşmiş Ştatların İranla nüvə sazişini tərk etməsi əleyhinə çıxıb.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Joseph Dunford sentyabrın 26-da Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında çıxışı zamanı deyib ki, belə bir qərar Amerikanın başqa ölkələrlə razılaşmalar əldə etməsinə mane ola bilər.

AzadlıqRadiosu bildirir ki, generalın bu qeydləri prezident Donald Trump-ın son vaxtlar Tehranı və ondan əvvəlki prezident Barack Obama-nın 2015-ci ildə başqa dünya gücləri ilə birlikdə imzaladığı sazişi kəskin tənqid etdiyi əsnada səslənib.

Bu tarixi saziş Tehranın öz nüvə proqramını qısması müqabilində, ona qarşı Qərbin cəzalandırıcı sanksiyalarını qaldırıb. Trump bu sazişi “rüsvayçılıq” adlandırır.

Dunford senatorlara deyib ki, İran saziş üzrə öhdəliklərinə əməl edir.

Bununla belə, o əlavə edib ki, Tehran Yaxın Şərq boyunca ölkələri qarışdırır, münaqişələri qızışdırır, Suriya, İraq və Yəməndəki “terrorçu təşkilatlara” dəstək verir.

Trump administrasiyasının 2015-ci il sazişindən çıxmasının mümkün nəticələri barədə suala cavab verən Dunford deyib ki, bu, ABŞ-a başqa ölkələrlə razılaşmalar əldə etməkdə mane ola bilər.

General deyib ki, onun fikrincə ABŞ razılaşmalar mahiyyət etibarilə pozulmayıbsa, onlara sadiq qalmalıdır.

Trump oktyabrın 16-dək Konqresə İranın öhdəlikləri yerinə yetirib-yetirmədiyi barədə bildiriş verməlidir.

Bundan sonra Konqres İran üzərinə sanksiyaların bərpa olunub-olunmaması barədə 60 gün ərzində qərar verməli olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG