Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 02:48

Almaniyanı titrədən qətl


Nasiman Yaqublunun kitabının üz qabığı "Abdurakhman Fatalibeyli-Dudanginski "
Münhendə qətl
Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

Dekabrın 5-də AzadlıqRadiosunun ilk baş redaktoru Düdənginskinin qətl edildiyi gündür.

Münhendə azərbaycanlı baş redaktorun qətli

«Qurtuluşu həyata keçirən hürr və müstəqil vətəndə adları şan və şərəflə anılacaq qurbanlar arasında indi xatirəsini andığımız mərhum da olacaqdır».

Bu sözləri 1954-cü il dekabrın 5-də Azərbaycan Cümhuriyyətinin banisi və ideoloqu Məhəmməd Əmin Rəsulzadə Almaniyanın Nyu-Ulm şəhər qəbiristanlığında Əbdürrəhman Fətəlibəyli Düdənginskinin matəm mərasimində səsləndirib.

“İz” proqramı bu həftə AzadlıqRadiosunun ilk baş redaktoruƏbdürrəhman Fətəlibəyli Düdənginskinin xatirəsini yad edir.

2016-cı ildə onun vaxtilə AzadlıqRadiosu-nun yerləşdiyi Münhen-də qətlə yetirilməsindən 62 il ötür...

1954-cü il noyabrın 20-də Azərbaycandan göndərilmiş Mikayıl İsmayılov adlı “KQB” agenti Düdənginskini Münhendə – «Alpenplate-6»meydanındakı mənzillərin birində qətlə yetirdi, öz paltarını ona geyindirdi və divanın altında gizlətdi...

Vətənin azadlığı, müstəqilliyi uğrunda böyük mübariz düz bir həftə mətbuat səhifələrində «Divan altındakı kişi» deyə çağrıldı...

Bu qətl dünyada böyük əks-səda doğurdu. Qətlin törədildiyi Almaniyada böyük məhkəmə quruldu.

Almaniya, Düdənginskinin məzarı, 11 iyul 2009
Almaniya, Düdənginskinin məzarı, 11 iyul 2009

Nəhayət, əsl həqiqət üzə çıxdı və onu dekabrın 5-də Nyu-Ulm məzarlığında (Münhendən 140 km. aralıda yerləşir-red.) qardaşı Seyfulla bəyin yanında dəfn etdilər.

Dəfn mərasiminə dünyanın hər yerindən mühacir azərbaycanlılar qatıldılar.

Alovlu çıxışlar, şeirlər səsləndi:

And içəriz üçrəngli bayrağına,
Şəhid yatan müqəddəs torpağına,
And içəriz ömrün gənclik çağına,
Zəncirini qıracağız biz yenə,
Baba yurda dönəcəyiz biz yenə...

Alman polisi, gərək olsa, qəzəblənmiş kütləni cilovlamaq üçün yaxınlıqda dayanmışdı...

Beləliklə, dekabrın 4-də saat 23-də “İz” proqramının “Münhendə qətl” radiodastanı diqqətə yetiriləcək.

Vətənin azadlığı, müstəqilliyi uğrunda böyük mübarizin həyat tarixçəsi bu “İz”də vərəqlənəcək.

Bu “İz”i itirməyin.

XS
SM
MD
LG