Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:54

DTX bu dəfə sahil mühafizəçilərinin üstünə getdi


DTX

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq (BP) Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxsləri ilə bağlı əməliyyat keçirib.

Bu barədə qurumların bugün, mayın 13-də birgə yaydıqları məlumatda yazılıb: "Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Hazırda araşdırmalar davam etdirilir".

Hələlik, bu açıqlamaya Dövlət Sərhəd Xidməti və onun Sahil Mühafizəsinin vəzifəli şəxslərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Son aylar DTX həm Mədəniyyət Nazirliyində və həm də bir neçə icra hakimiyyətində əməliyyatlar keçirib. Bir nazir müavini, dörd icra başçısı və daha bir neçə vəzifəli şəxs həbs edilib. Onlar, əsasən, mənimsəmə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Onların da ittihamlara münasibəti ictimaiyyətə açıqlanmayıb.

XS
SM
MD
LG