Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Dünya Səhiyyə Təşkilatı pandemiya elan edir


Dünya Səhiyyə Təşkilatı (DST) yeni tipli koronavirus COVID19-un epidemiyasını pandemiya elan edib.

Təşkilat bu barədə özünün Twitter hesabından xəbər verib:

Pandemiya bir qayda olaraq, yoluxucu xəstəlik böyük çoğrafı əraziləri əhatə edəndə elan olunur.

Bundan əvvəl DST bildirmişdi ki, koronavirusdan ölüm hallarının statistikası qrip xəstəliyi zamanı ölüm hallarını üstələyib.

Təşkilat bu barədə bildirib:

“Bütün dünya üzrə koronavirusdan ölüm halları 3, 4 faiz təşkil edir. Müqayisə üçün deyilməlidir ki, adi qrip ona yoluxanların 1 faizini öldürür”.

DST bildirir ki, COVID19 virusunu qripdən fərqləndirən bir cəhət də onun fəsadlarının daha ağır olmasıdır, çünki insanlarda bu yeni virusa hələlik immunitet yaranmayıb.

Son məlumatlara görə bütün dünyada hazırda COVID19 virusuna 121 mindən çox insan yoluxub. Bunların 4 mindən çoxu vəfat edib.

Bu da qeyd edilməlidir ki, həkimlər virusa yoluxanların 65 minini sağalda biliblər.

Trump Avropadan ABŞ-a səfərləri qadağan edir

ABŞ prezidenti Donald Trump Birləşmiş Ştatlara planlaşdırılan səfərlərindən 14 gün əvvələdək Avropanın müəyyən ölkələrində olmuş şəxslərin əksəriyyətinin ABŞ-a girişini qadağan edən sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, bu qadağan ABŞ vətəndaşlarına, habelə Britaniyadan gələnlərə şamil edilmir.

O qadağanın martın 13-dən 1 ay müddətində davam edəcəyini deyib.

Trump martın 11-də deyib ki, koronavirusun ictimai sağlamlıq üçün yaratdığı böhranın qarşısını almaq məqsədilə “federal hökumətin bütün imkanlarını səfərbər edir”.

Trump Ağ Evdən xalqa müraciətində bildirib ki, o “xarici virusun qarşısının alınması üçün ən aqressiv və ən geniş tədbirlərin görülməsinə göstəriş verəcək”.

ABŞ prezidenti bu çıxışı zamanı Avropa ölkələrini ayıq-sayıq olmamaqda ittiham edib və deyib ki, Avropa İttifaqı Çindən və başqa kütləvi yoluxma yerlərindən səfərlərin dayandırılmasında astagəllik göstərib”.

CNN yazır ki, Trump-ın qadağanı hava nəqliyyatı və turizm şirkətləri üçün böyük maliyyə itkiləri ilə nəticələnə bilər və buna görə də həmin şirkətlərə müəyyən federal dəstəyin veriləcəyi gözləniləndir.

Merkelin vahiməli xəbərdarlığı

Almaniya kansleri Angela Merkel xəbərdarlıq edib ki, ölkə əhalisinin 70 faizi və ya 58 milyon nəfər koronavirusa yoluxa bilər.

Xanım Merkel bu bəyanatı martın 11-də səhiyyə naziri Jens Spahn-la birgə keçirdiyi mətbuat konfransında verib.

Kansler bildirib ki, COVID19 xəstəliyinin hələlik müalicəsi olmadığından əsas səylər koronavirusun yayılmasının dayandırılmasına istiqamətlənməlidir.

Almaniya 1000 nəfərdən çox insanın iştirak edəcəyi ictimai tədbirləri qadağan edib.

Aeroflot Avropaya uçuşları dayandırır

Rusiyanın Aeroflot dövlət hava yolları şirkəti bəyan edib ki, martın 13-dən Avropanın 18 şəhərinə və dörd ölkəsinə bütün təyyarə reyslərini ləğv edir.

Sözü gedən dörd ölkə İtaliya, İspaniya, Fransa və Almaniyadır.

Rusiya habelə İtaliya turistlərinə viza verilməsinin də martin 13-dən dayandırılacağını bildirib.

Biznes, humanitar, diplomatik və xidməti vizalar bura daxil deyil.

Rusiya turistlərinin ən çox səfər etdikləri ölkələrdən biri olan İtaliyada koronavirusa 12 min 400 yoluxma, bu virusdan 827 ölüm qeydə alınıb.

Rusiyada indiyədək yalnız 28 yoluxma halı qeydə alınıb. Bunların bir neçəsi İtaliyadan gələnlərdir.

Və başqa yerlərdə

İtaliyanın baş naziri Giuseppe Conte martın 11-də deyib ki, məktəblər, idman zalları, muzeylər, gecə klubları və başqa ictimai müəssisələr bağlanıb.

Moldova və Ermənsitan COVID19 virusuna 4 yoluxma qeydə alıblar.

Qərbi Balkanlarda yoluxanların sayı 11-ə çatıb.

Hindistan gələn ay üçün turist vizalarının ləğv olunduğunu bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG