Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:48

DSMF kompüter alırdı, nə oldu?


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi binası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi binası

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon şöbələri kompüter və printer alınması üzrə satınalmaların nəticələrini bir-bir ləğv edirlər. Səbəb kimi «Dövlət satınalmaları haqqında» qanunun iki maddəsinə istinad olunur.

DSMF-nin Binəqədi, Nizami, Səbail, Pirallahı, Balakən, Lənkəran, Kürdəmir və Xızı rayon şöbələri elan ediblər ki, kompüter, printer və server avadanlığının alınması məqsədilə keçirilən satınalmaların nəticələrini ləğv edirlər. DSMF-nin Xızı rayon şöbəsi bunu qanunun 4.1.2-ci maddəsi ilə əsaslandırır. Bu o deməkdir ki, satınalma müsabiqəsinin nəticəsi prosesə nəzarət edən dövlət qurumunun müdaxiləsindən sonra baş verib. Görünür, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti satınalma gedişində qanun pozuntusu aşkarlayıb. Digər rayon şöbələri isə qanunun tender komissiyasının tərkibinə dair maddəsinə (23.1) əsaslanıblar.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

AzadlıqRadiosu məsələnin şərhindən ötrü ƏƏSMN-in mətbuat xidmətinə müraciət edib. Lakin nazirlik məsələyə münasibət bildirməyib.

Tenderin iki qalibi varmış

Bir müddət öncə DSMF-nin 26 rayon şöbəsi kompüter və printerin satın alınması ilə bağlı ümumi dəyəri 151 min 300 manat olan müqavilələr haqda məlumat vermişdi. Əsas şərt bu cihazların yerli istehsala aid olması idi. Qalib cəmi iki şirkət olub: «Apex-MRS» MMC və «Vector Delivery» MMC. Bu şirkətlərin adları uyğunluq sertifikatları olan şirkətlərin dövlət reyestrində yoxdur. Onlar elə biznesə də təzəcə ayaq açıblar: Vergilər Nazirliyi şirkətlərin may və iyul aylarında yaradıldığını bildirir.

Buna da bax: İşləyənlər daha bir fonda pul ödəməli olsa... [video]

Maraqlıdır ki, «Apex-MRS» MMC-nin direktoru Könül Heydərova eyni gündə (2 may 2017-ci il) Sabirabad rayonunun Qalağayın kəndində yaradılan daha dörd şirkətə («Abadlıq-RR» MMC, «Farah Ltd» MMC, «Promo» MMC və «Transko-SM» MMC) rəhbərlik edir.

Screenshot
Screenshot

Mənbə: Vergilər nazirliyi

Yeni şirkət DİN üçün paltar tikəcək

«Transko-SM» MMC də tenderə qatılaraq, avqustda Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin ali rəis heyətinə geyim satışı üçün 47 min manatdan yuxarı məbləğdə müqavilə bağlamağa nail olub. Amma onun da adı Azərbaycanın geyim istehsalçıları arasında yoxdur.

Buna da bax:​ Heydər Əliyev Fondunun Rumıniyadakı qaranlıq biznesi

Qanunvericiliyə əsasən, tender komissiyası dövlət satınalmalarına qatılan iddiaçılardan son bir ildə onların fəaliyyəti ilə bağlı maliyyə hesabatını tələb etməlidir. Bir çox hallarda bu tələbə əməl olunmur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG