Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:04

Məmur xərcləri barədə məlumatları almaq niyə müşkülə düşüb?


Dövlət orqanları illik xərclərini yayacaqlar. Nələr açıqlanacaq?
Gözlə

No media source currently available

0:00 0:14:36 0:00

Dövlət orqanları illik xərclərini yayacaqlar. Nələr açıqlanacaq?

Nazirlər Kabinetinin noyabrın 27-də qəbul etdiyi qaydaya görə, dövlət və dövlətlə bağlılığı olan başqa qurumlar illik maliyyə hesabatlarını hər il aprelin 30-dək öz saytlarına daxil etməlidirlər.

Bu qayda büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, büdcədənkənar dövlət fondlarına, səhmlərinin 30 faizi və ya daha artığı dövlətə məxsus olan qurumlara şamil edilir.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, belə hesabatlılıq tələbi dövlət qurumlarının qarşısında onsuz da var idi, amma tam əməl olunmurdu:

“Əslində belə bir qərarın verilməsinə heç ehtiyac da yox idi. Çünki informasiya əldə etmək haqqında qanuna görə, dövlətin adından çıxış edən informasiya saytları kommersiya və dövlət sirri olmayan məlumatları öz saytlarında yerləşdirməlidirlər. O cümlədən, Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı üzrə 2016-2018 -ci il üçün Milli Fəaliyyət Planı planında da bildirilir ki, bu informasiylar veb saytlara verilməlidir”.

Qubad İbadoğlu deyir ki, yalnız bəzi təşkilatlar, məsələn, Dövlət Neft Fondu və SOCAR auditor yoxlamasından keçmiş maliyyə hesabatlarını və büdcə fəaliyyətlərini açıqlayırlar.

Onun sözlərinə görə, bir mütəxəssis kimi çox dövlət qurumlarının hesabatlarını əldə etməkdə çətinlik çəkir. Qubad İbadoğlu bildirir ki, bundan sonra Nazirlər Kabinetinin qərarının necə icra olunmasını monitorinq edəcək. Onun sözlərinə görə, hökumətin indiyə qədərki davranışlarını nəzərə alanda, Nazirlər Kabinetinin bu qaydalarının işləyəcəyinə o qədər də inanmır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Məmurlar dövlət büdcəsini necə xərcləyir?
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

Nazirlər Kabinetinin qəbul etdiyi yeni qaydaya görə, dövlət və dövlətlə bağlı qurumlar illik maliyyə hesabatlarını hər il aprlein 30-dək öz saytlarına daxil etməlidirlər.

Media üzrə hüquqşünas Xalid Ağalıyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, bu qaydalar tətbiq olunarsa, jurnalist araşdırmaları üçün yaxşı informasiya mənbəyi ola bilər. Onun sözlərinə görə, indiyə qədər, büdcə xərcləmələrinin izi ilə getmək çətin idi:

“Biz müxtəlif vaxtlarda rəsmi qurumların xərcləmələrinin aydın olmaması ilə rastlaşırıq. Məsələn, hansısa qurumun dəftərxana xərcləri çox böyükdür. Qurumlar avtomatik olaraq xərclərini açıqlamaqdan çəkinir”.

Xalid Ağalıyev deyir ki, İnzibati Xətalar Məcəlləsinə görə, informasiya sahibi açıq məlumatı verməszə, sorğuçuya bilərəkdən yanlış açıqlamalar verərsə, fiziki şəxslər 100-150, vəzifəli şəxslər 500-700, hüquqi şəxslər isə 500-2500 manatadək cərimə edilirlər.

İnformasiya sahibini “İnformasiya əldə etmək haqqında” qanunun tələblərini pozmağa görə, 100-1500 manat cərimə gözləyir.

Jurnalist sorğusuna qanuni formada cavab verməməyin cəzası isə 200-300 manat cərimədir.

XS
SM
MD
LG