Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 20:45

Pambıqçı: '6 ay işləyirsən, sənə 500-600 manat qalırsa, böyük şeydir' [video]


Hökümət yeni programlar qəbul edir - Kənd məhsulları artır ya azalır?
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Hökümət yeni programlar qəbul edir - kənd təsərrüfatı məhsulları artır ya azalır? [A-Live]

Hökumət kənd təsərrüfatını necə inkişaf etdirir?

Prezident İlham Əliyev bugünlərdə çayçılıq və sitrus meyvəçiliyinin inkişafı ilə bağlı dövlət proqramlarını təsdiqləyib.

Proqrama görə, 2027-ci ilə qədər yaşıl çay yarpağının yığımı 8,5 min tona çatdırılacaq.

Hökumət bu proqramlarla həm bölgələrdə əhalinin yaşayışını yaxşılaşdırmaq, həm də məhsul satmaq istədiyini deyir.

Di gəl ki, tənqidçilər hökumətin əvvəlki təcrübəsinə əsaslanıb, bu proqramların icrasına şübhəylə yanaşırlar.

Buna da bax:​ Sitrus meyvəçiliyi ilə bağlı proqram təsdiqləndi

Məsələn, hökumət iki il əvvəl pambıqçılığı prioritet elan etmişdi. İqtisadi Tədqiqatlar Mərkəzinin, kənd təsərrüfatı üzrə təhlilçisi Vahid Məhərrəmov bildirir ki, hökumət 2017-ci ildə hər hektardan 40 sentner məhsul götürməkdən danışırdı, amma iki dəfədən də az, 15,1 sentner pambıq yığa bildi.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

İmişlidə 45 yaşlı Kərim Kərimov üç ildir ki, pambıq əkir. Deyir hökumət həvəsləndirirdi ki, pambıqda yaxşı pul olacaq. Amma məlum olur ki, indi pambıq əkmək sərf eləmir:

“Pambığın qiyməti ilə bugünkü xərcini müqayisə edəndə gəlir çox zəifdir. Altı ay işləyirsən, altı ayın qarşılığında sənə 500-600 manat pul qalırsa, böyük şeydir. Keçən il zavodda mənim 2 ton pambığımın 700-800 kiloqramını çıxara hesabladılar. Bir kiloqramını 42 qəpikdən hesabladılar, inanın ki, evə mən 900 manat gətirib çıxartdım”.

Buna da bax:​ Əti, yağı bahalandıran... pambıqdı [Ekspert rəyi]

Fermer deyir ki, onun şəhərində, üç pambıq tədarükü zavodu var, üçü də eyni qiymət, eyni şərtlər təklif edir.

Kəndlilərin məhsuluna qiymətin diktə olunduğunu başqa fermerlər də bildirirlər.

Təhlilçilər isə deyirlər ki, kənd təsərrüfatını inkişaf etdirmək üçün bazarı təkəlçilərdən təmizləmək, azad buraxmaq lazımdır.

Müxalif Respublikaçı Hərəkatın - ReAl-ın icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, hökumət kənd təsərrüfatının inkişafına, məsələn, pambıqçılığa Sovet dövründə olduğu kimi yanaşdı, özünün bu bazarda iştirakını maksimuma çatdırdı. Halbuki, azad bazar şəraiti təmin etmək yetərli idi ki, pambıqçılıq inkişaf etsin.

Buna da bax: Yığılan pambıq 200 min tonu keçdi

Natiq Cəfərli
Natiq Cəfərli

Hökumət rəsmiləri isə monopoliya ilə mübarizə aparıldığını bildirir. Prezident İlham Əliyev yanvarın 26-da, regionların inkişaf proqramının icrasının başa çatması ilə bağlı tədbirdə deyib ki, kənd təsərrüfatı prioritetdir, “Sovet dövründə yağı, pendiri və digər məhsulları Rusiyadan, Ukraynadan alırdıq. İndi isə bu sahədə biz inkişaf etməkdəyik”, - deyə prezident bildirib.

Bakıda sorğu keçirib soruşmuşuq ki, onların fikrincə, dükan-bazarda son illər yerli məhsullar nə qədər artır, ya da azalır?

Buna da bax:​ Prezident sitrus meyvələri, çay və çəltik istehsalına diqqəti artırır

İqtisadi Tədqiqatlar Mərkəzinin, kənd təsərrüfatı üzrə təhlilçisi Vahid Məhərrəmov deyir ki, Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək üçün hər cür imkan var, amma hökumət işini düz qurmur, elan olunan proqramlar ciddi araşdırma əsasında hazırlanmır:

"Ona görə də hökumətin bütün proqramları fiaskoya uğrayıb. Məsələn, 2008-2015-ci illərdə Ərzaq Təhlükəsizliyi ilə bağlı dövlət proqramı imzalanmışdı. Və o dövlət proqramında nəzərdə tutulmuşdu ki, 2015-ci ildə ölkədə 2 milyon ton qarışıq yem istehsal olunacaq. Keçən il 47 min ton istehsal olundu. Bunlar hamısı əsaslandırılmalıdır. Axı buna necə nail olunacaq?"

Buna da bax:​ Astarada qəbula gələn: 'Nazir mənə 5 manat versin, çörəkpulu edim'

Azərbaycanda kənd təsərrüfatının inkişafı 2014-cü ilin sonunda, neft ucuzlaşmağa başlayandan sonra xüsusilə aktuallaşıb. Hələlik, bu sahədə iqtisadi aktivlik aşağıdır, dövlət statistikasına görə, keçən ilin yanvar-iyul aylarında ümumi daxili məhsulda kənd təsərrüfatının payı 5,4 faiz olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG