Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 20:41

Sitrus meyvəçiliyi ilə bağlı proqram təsdiqləndi


İlham Əliyev Lənkəranda. 02sent2017

Bu gün, noyabrın 13-də prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

AzərTAC-ın xəbərinə görə, sənədə əsasən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi hər il zəruri tədbirlər görməlidir.

Kənd Təsərrüfatı Nazirliyi isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməlidir.

Proqramda 2025-ci ilədək Azərbaycanda sitrus meyvələri istehsalının həcminin 100 min tona çatdırılması nəzərdə tutulur.

Buna da bax:​ Prezident sitrus meyvələri, çay və çəltik istehsalına diqqəti artırır

Dövlət Proqramında məqsəd Azərbaycanda sitrus meyvəçiliyi ənənələrinin inkişaf etdirilməsinə, daxili tələbatın ödənilməsinə, idxaldan asılılığın azaldılmasına və rayonlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına nail olmaqdı..

Xatırlatma

Rəsmi məlumata görə, 2017-ci ildə ölkədə sitrus bağlarının ümumi sahəsi 3191,2 hektar təşkil edib. 42,8 min ton məhsul istehsal edilib. 2017-ci ildə Azərbaycana 18,9 milyon ABŞ dolları dəyərində 30,6 min ton sitrus meyvələri idxal edilib. Bunun 12,6 min ton portağal, 11,9 min ton limon, 4,6 min ton naringi, 1,5 min ton isə qreypfrut olub.

Azərbaycanda bu yaxınlarda çayçılığın, çəltikçiliyin, pambıqçılığın və daha bir neçə sahənin də inkişafı ilə bağlı da oxşar proqramlar qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG