Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:37

Himn və gerblə bağlı yeni tənzimləmə gəlir


Bu gün, dekabrın 18-də Milli Məclis “Dövlət gerbi” və “Dövlət himni” haqqında qanun layihələrini müzakirə edib.

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, “Dövlət Gerbi haqqında” qanun 9 maddədən ibarətdir.

Qanun dövlət gerbinin istifadə qaydalarını müəyyən edir. Layihədə dövlət gerbinin istifadəsinə dair məhdudiyyətlər müəyyənləşdirilib.

Sənədə əsasən, gerbin oturulan, ayaq basılan, natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır. Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.

“Dövlət himni” haqqında qanun layihəsi də 9 maddədən ibarətdir.

Dövlət himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edən sənəddə vətəndaşlara bundan ötrü tələblər müəyyən edilir.

Himn nəzərdə tutulan qaydada ifa edilməli, dinlənilməli və oxunmalıdır.

Deputatlar qanun layihələrini birinci oxunuşda qəbul ediblər.

Hazırda Azərbaycanın dövlət gerbi haqqında Konstitusiya qanunu qüvvədədir. Həmin qanun sadəcə, gerbin təsvirinin formasını müəyyən edir.

Bundan başqa, Dövlət himni haqqında qanun da qüvvədədir. Həmin qanunsa, himnin sözlərini və musiqisini müəyyən edir.

Eyni zamanda cinayət qanunvericliyi dövlət atributlarını aşağılamağa görə, məsuliyyət də nəzərdə tutur.

Xatırlatma

Azərbaycan Respublikasının Dövlət gerbinin layihəsi, himni 1918-1920-ci illərdə fəaliyyət göstərən və Rusiyanın silahlı müdaxiləsilə süqut edən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə hazırlansa da, o illərdə onların qanunvericilik səviyyəsində təsdiqi, qəbulu mümkün olmayıb. Bu himn 1992-ci, gerb isə 1993-cü ildə təsdiqlənib.

XS
SM
MD
LG