Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:18

Departament: 'Azərbaycanda 10 jurnalistdən 9-na hücum cəzasız qalır'


Heather Nauert
Heather Nauert

«Dünya boyu jurnalistlər bütün cəmiyyətlərdə insanların həyatına təsir göstərən məsələləri işıqlandırmaq naminə şəxsi risklərə gedirlər».

«Amerikanın səsi»nin xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert Jurnalistlərə Qarşı Cəzasızlığa Son Qoymaq Uğrunda Beynəlxalq Gün münasibətilə yaydığı bəyanatda bildirib.

«Onlar səlahiyyətdən sui-istifadə, korrupsiya hallarına işıq saçır, transmilli kriminal qruplaşmalardan qaynaqlanan təhlükələri ifşa edir, dezinformasiya və saxta hekayələrin qarşısını alırlar», - deyə o vurğulayıb.

Bir sıra ölkələrdən nümunələr gətirən H.Nauert Azərbaycan, Rusiya, Türkiyə, İraq və Suriyanın adını çəkib.

«Azərbaycanda 10 jurnalistdən 9-na edilən fiziki hücum cəzasız qalır», - Nauert bildirib.

O vurğulayıb ki, müstəqil jurnalistlərin səyləri dünya boyu demokratiyanı dəstəkləməkdən əlavə, Amerika daxilində də demokratiyanın sağlam rol oynamasına vasitəçilik edir.

Ən doğru məlumatı, sizcə, hansı media orqanı verir? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

«Rusiyada jurnalistlərin qətli istiqamətində cavabdehliyə doğru proqres baş vermir. Türkiyədə jurnalistlərə və müstəqil media institutlarına hücumların müəllifləri minimum cəzalar alırlar», - Dövlət Departamentinin sözçüsü bildirib.

Bəyanatda vurğulanır ki, beynəlxalq ictimaiyyət birgə hərəkət etməlidir. Nauert ABŞ-ın «xaricdə azad, peşəkar müstəqil mətbuata sədaqətini yenilədiyini» deyib.

XATIRLATMA

Yerli hüquq müdafiəçiləri də hazırda Azərbaycan həbsxanalarında 10-dan çox jurnalist və bloqqerin cəza çəkdiyini bildirirlər.

Azərbaycan rəsmiləri isə ölkədə jurnalistlərə basqılar haqda deyilənləri qəbul etmirlər. Onlar bildirirlər ki, həbs edilən jurnalistlər peşə fəaliyyətlərinə görə yox, törətdikləri əməllə bağlı cəzalanıblar.

Üstəlik, rəsmilər vurğulayırlar ki, hər il Prezident Yanında KİV-lərin İnkişafına Dəstək Şurasının xətti ilə qəzetlərə maliyyə yardımı edilir. Son illər Bakıda iki bina tikilərək jurnalistlərə pulsuz paylanıb. Rəsmilərin fikrincə, bu, prezident İlham Əliyevin jurnalistikaya qayğısıdır.

Ancaq bəzi jurnalistlər də bəyan edib ki, pulsuz ev verilməsi həmkarlarını hakimiyyətdən asılı vəziyyətə salır. Müstəqil və müxalif düşüncəli jurnalistlər isə təklənib cəzalandırılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG