Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Dövlət borcuna görə, strategiya hazırlandı


Azərbaycanda “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” hazrlanıb

Dövlət başçısı İlham Əliyev dünən, avqustun 24-də həmin strategiyanı təsdiq edən sərəncam imzalayıb.

Strategiya “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə dövlət başçısı İlham Əliyevin 2016-cı il dekabrın 27-də verdiyi fərmanına uyğun hazırlanıb.

Sənəddə yazılıb ki, bu beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət çərçivəsində büdcə hazırlanması prosesinin bütün parametrləri nəzərə alınmaqla hazırlanıb.

Qeyd edilir ki, bununla 2016-cı il dekabrın 6-da təsdiq olunan “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən ortamüddətli xərclər çərçivəsinin, habelə nəticəəsaslı büdcə mexanizminin formalaşdırılması, yeni fiskal qaydalarla bağlı təkliflərin və dövlət borcunun idarə edilməsinə dair strategiya hazırlanıb.

Sənədəd habelə vurğulanır ki, bununla qlobal iqtisadiyyatda və maliyyə bazarlarında baş verən proseslər fonunda ölkənin maliyyə dayanıqlığının daha da gücləndirilməsi, dövlət borcalmalarında səmərəliliyin artırılması məqsədi güdülür. Eyni zamanda, qarşıda duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla bu sahədə risklərin effektiv idarə edilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə dövlətin maliyyə ehtiyaclarının ən az xərclə təmin edilməsi planlaşdırılır.

Sənəd ortamüddətli, uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək dövlət borcalmaları sahəsində yeni strategiya, tədbirlər planından və 2025-ci ilədək olan dövr üzrə uzunmüddətli baxışdan ibarətdir.

Strategiyada müəyyən edilən hədəflərə nail olmaqdan ötrü 3 strateji məqsədin həyata keçirilməsi planlaşdırılır.

ƏSAS HƏDƏFLƏR

Dayanıqlı, idarəolunan dövlət borcu səviyyəsi, risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi və dövlət borcalmaları üzrə infrastrukturun, nəzarət mexanizmlərinin gücləndirilməsi strategiyanın həyata keçirilməsindan ötrü müəyyən edilmiş hədəflərdir.

Sənəddə yazılıb ki, qeyd olunan hədəflərin 2020-ci ildən etibarən hər 2 ildən bir yenidən qiymətləndirilməsi həyata keçiriləcək.

Xatırlatma

Son 2 ildə Azərbaycanda xarici dövlət borcunun kəskin artdığı bildirilir.

Maliyyə Nazirliyinin bu il aprelin 1-nə olan məlumatına görə, Azərbaycanın xarici dövlət borcu 9 milyard 643 milyon dollar və ya 16 milyard 393 milyon manat təşkil edib.

Halbuki, ötən ilin əvvəlində bu məbləğ 6,913.2 milyon ABŞ dollarına bərabər olub.

Ancaq Azərbaycandakı bəzi müstəqil iqtisadçılar bu rəsmi rəqəmlərə bir qədər şübhə edirlər. Onların fikrincə, Azərbaycanın xarici dövlət borcu reallıqda daha çoxdur.

XS
SM
MD
LG