Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Doğuşda ana və uşaq ölüb 


Arxiv foto
Arxiv foto

Üçüncü hamiləliyini keçirən Lerik rayon sakini, 35 yaşlı Elnarə Sadqovanın avqustun 4-ü səhər 9 radələrində xəstəxanada vəfat etdiyi bildirilir . Bunu Lənkəran Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Əbülfəz Məmmədov da təsdiq edib.

O, bildirib ki, E.Sadıqova avqustun 3-ü axşam saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onun deməsinə görə, qadında doğuş zamanı qanaxma ehtimalı yüskək olub:

“Elnarə Sadıqova qanda laxtalanma səbəbindən əməliyyat şəkilində doğuşa alınıb. Səylərə baxmayaraq, uşaq ölü dünyaya gəlib. Bundan sonra isə ananın toxumalarında qanxama baş verib. Qadın avqustun 4-ü səhər saat 9 radələrində elə qanaxma səbəbindən dünyasını dəyişib”.

Ə.Məmmədovun deməsinə görə, hadisə ilə bağlı bütün aididyyatı qurumlara məlumat verilib. Onun deməsinə görə, Bakıdan gələn həkimlərin də iştirakı ilə konsilium keçirilib və ölümə səbəb kimi qanaxma göstərilib.

Xəstəxanaya hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma aparılır. Onlardan və Elnarə Sadıqovanın yaxınlarından isə, hələlik, olaylara münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG